Boris Conson: "Ukrayna "ikinci Çeçenistan" ola bilər"
"Ukrayna "ikinci Çeçenistan" ola bilər".
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson deyib. O bildirib ki, təxmin edilən qarşıdurma Ukrayna üçün "ağrılı, qanlı iş", Rusiya dövləti üçün "yeni Çeçenistan" olacaq.
"Ukraynaya təcavüzün… ağrılı, qanlı bir hadisə olacağı mesajını çatdırmalıyıq… Rusiyalıların bunun yeni Çeçenistan ola biləcəyini başa düşmələri çox vacibdir. Mən bir neçə dəfə Ukraynada olmuşam. Bu ölkənin insanları haqqında bir az məlumatım var… döyüşəcəklər", – Conson deyib.
O ümid etdiyini bildirib ki, "Kreml də bunu anlayır" və izah edib ki, Britaniyanın işi "dostların və tərəfdaşların, xüsusən də Avropadakı sərt sanksiyalar paketi ilə çıxış etmələrini təmin etməkdir".
"Bu, işğalın mütləq olması demək deyil, geri dönmək olar, sağlam düşüncə hələ də qalib gələ bilər, lakin Böyük Britaniya iqtisadi sanksiyalar paketinin hazırlanması işinə rəhbərlik edir və Ukraynaya silah verməklə özünü müdafiə etməyə kömək edir", – Baş nazir vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır