Borrell Çinin xarici işlər naziri ilə görüşdü

Borrell Çinin xarici işlər naziri ilə görüşdüAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
KONKRET.az Aİ-nin xarici fəaliyyət xidmətinin ofisinə istinadən xəbər verir ki, görüş Laosun paytaxtı Vyentyanda keçirilən ASEAN Regional Forumu çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər Aİ-Çin münasibətlərini müzakirə ediblər. Aİ-nin ali nümayəndəsi bildirib ki, Aİ və Çin öz narahatlıqlarını etiraf etməlidir.
"Borrell bildirib ki, bu narahtlıqlar sırasında ilk növbədə Çinin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə dəstəyidir ki, bu da Aİ-Çin münasibətlərinə mənfi təsir göstərir.
Avropa İttifaqının top diplomatı Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropa üçün ekzistensial təhlükə hesab edilməsinin səbəbini izah edib. Borrell dialoq zamanı Çinin böyük miqdarda ikili təyinatlı mal və əşyalar ixrac etməsini Rusiyada hərbi texnikanın istehsalına dəstək olduğunu deyib.
Aİ-nin ali nümayəndəsi Çindən müharibənin sona çatmasına töhfə vermək üçün bu ölkənin Rusiyaya təsirindən istifadə etməyi istəyib. O, həmçinin Çindən Ukrayna sülh prosesinə dəstək verməsini istəyib və təəssüflə xatırladıb ki, 2024-cü ilin mayında Çinin Braziliya ilə birgə bəyanatı bu prosesə töhfə vermək istiqamətində olmayıb", Aİ-nin xarici fəaliyyət xidməti bildirib.
Qeyd olunub ki, görüşdə tərəflər həmçinin Tayvan məsələsinə də toxunublar. "Tayvanla bağlı ali nümayəndə Cozep Borrell Aİ-nin mövqeyinin dəyişmədiyini təkrarlayıb və əlavə edib ki, Aİ Çin Xalq Respublikası hökumətini Çinin yeganə qanuni hökuməti kimi tanıyan "Vahid Çin" siyasətinə sadiqdir. "Biz Tayvanı diplomatik səviyyədə tanınmadan bir çox sahələrdə Tayvan ilə sıx əməkdaşlıq edirik".
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Yaxın Şərqlə də bağlı danışıb və o, Çin XİN rəhbərindən keçən həftə Pekində keçirilən Fələstin fraksiyalarının görüşünün nəticəsini də soruşub.
Borrell qeyd edib ki, Fələstin fraksiyaları arasında parçalanma Fələstin xalqına ziyan vurub, o bu parçalanmanın aradan qaldırılması üçün göstərilən səylərə dəstəyini ifadə edib.

Siyasi       Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026