Bövün yeni növü aşkar edildi
Bövün yeni növü aşkar edildi
Alimlər Taylandın cənubunda yeni mavi böv növü aşkar ediblər.
Bu barədə "Miami Herald" qəzeti məlumat yayıb.
Araxnoloqlar Phanq Nqa əyalətinin manqrov meşələrində yaşayan bövləri öyrənərkən təsadüfən yeni bir növ kəşf ediblər.
"Chilobrachys natanicharum" adlandırılan hörümçəklər ayaqlarındakı tüklərin parlaq mavi-bənövşəyi rəngdə olması ilə digər bövlərdən fərqlənirlər. Alimlərin dediyinə görə, onların rəngi elektrik qığılcımlarını xatırladır.
Bu növə əvvəllər kommersiya ticarətində "elektrik mavi böv" adı ilə rast gəlinirdi, lakin ilk dəfədir ki, o, təbiətdə tapılıb öyrənilir. Alimlər bu bövlərin Taylandın cənub hissəsində geniş yayıldığını ehtimal edirlər.
Yeni növ hörümçəklərin erkəkləri beş santimetr ölçüyə çatır, dişilər isə 6,5 santimetrə qədər böyüyür. Onların bədəni qəhvəyiyə çalan rəngli tüklə örtülüb. Üstəlik, dişilərdə və gənc hörümçəklərdə bənövşəyi və boz tüklərə təkcə ayaqlarda deyil, həm də bədənin digər hissələrində rast gəlinir.
Mənbə: Lenta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR