Böyük Britaniya İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib
Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı olaraq, qadınların hicab geyinməyə məcbur edilməsinə görə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
KONKRET.azxəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavini Məhəmməd Haşimi, Tehran meri Əlirza Zəkani və İran polisinin sözçüsü Səid Montazərə Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə bank hesablarının dondurulması da daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında "İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşı" adlandırılan Tehran şirkəti Arvan Cloud da sanksiyalara məruz qalıb.
Bəyanatda qeyd edilir ki, İrana qarşı məhdudiyyətlər 22 yaşlı Məhsa Əmininin ölümünün ildönümünə təsadüf edir. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 16-da İranda iğtişaşlara səbəb oldu. Rəsmi versiyaya görə, polis onu hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Ariz Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ