BRAVO 2025: Müştəri təcrübəsində yeni dövr – Bravo ONLINE və mobil tətbiq istifadəyə verildi

BRAVO 2025: Müştəri təcrübəsində yeni dövr – Bravo ONLINE və mobil tətbiq istifadəyə verildiAzərbaycanın aparıcı pərakəndə satış şəbəkələrindənbiri olan BRAVO, müştəri yönümlü innovativ yanaşmalarını genişləndirərək2025-ci ili uğurla başa vurur.
azxeber.com xəbər verir ki, şirkət il ərzində rəqəmsal texnologiyalar,fiziki mağaza şəbəkəsinin inkişafı, məhsul keyfiyyətinin yüksəldilməsi və sosial məsuliyyət layihələri istiqamətində mühüm addımlar atıb.
2025-ci ildə Bravo mobil tətbiqiekosistemi çərçivəsində təqdim olunan BRAVO ONLINE alış-verişplatforması müştərilərə mağazaya gəlmədən geniş məhsul seçimi və sərfəliqiymətlərlə alış-veriş imkanı yaradıb. Loyallıq proqramı və onlayn alış-verişfunksiyalarını bir platformada birləşdirən mobil tətbiq müştərilərə daha rahat,sürətli və fərdiləşdirilmiş alış-veriş təcrübəsi təqdim edir.
Şəbəkənin genişlənməsi və mağazalarınyenilənməsi
BRAVO 2025-ci ildə strateji inkişafplanına uyğun olaraq ölkə üzrə 12 yenimağaza açaraq şəbəkəsini 145 mağazaya çatdırıb. Yeni açılan mağazalar arasında SeaBreeze Premium BRAVO mağazası, eləcə də Sumqayıt şəhərində və Bakının SəttarBəhlulzadə, İsmayıl Hidayətzadə, Qədir Məmmədov, Afiyəddin Cəlilov kimi əsasküçələrində fəaliyyətə başlayan mağazalar yer alır. Bu addımlar BRAVO-nun müştərilərədaha yaxın olmasına və əlçatanlığın artırılmasına xidmət edir.
Bununla yanaşı, müştəri rahatlığınıartırmaq məqsədilə 60-dan çox mövcud BRAVO mağazası yenilənərək (remodeling)müasir dizayn və funksional planlama ilə istifadəyə verilib. Yenilənmiş mağazalarrahat alış-veriş mühiti və müasir interyeri ilə seçilir.
"Tarladan BRAVO-ya": keyfiyyət və təravətəciddi nəzarət
BRAVO məhsul keyfiyyətini əsas prioritetlərindənbiri kimi qorumaqda davam edir. "Tarladan BRAVO-ya" konsepti çərçivəsindəmeyvə və tərəvəzlər birbaşa etibarlı fermerlərdən tədarük olunaraq BRAVOBAZARda yüksək keyfiyyət və maksimum təravət prinsipləri əsasında satışaçıxarılır. Məhsulların seçimi, daşınması və saxlanması mərhələlərində ciddikeyfiyyət nəzarəti tətbiq olunur ki, bu da həm istehlakçı məmnuniyyətinə, həm dəyerli kənd təsərrüfatının inkişafına töhfə verir.
Ət və ət məhsulları sahəsində BRAVO tamhalal kəsim standartlarına uyğun fəaliyyət göstərir. Məhsullar soyuq zəncirqorunmaqla birbaşa istehsal məntəqələrindən mağazalara çatdırılır. Süd və süd məhsullarıisə sertifikatlı istehsalçılardan tədarük olunur və temperatur rejiminə ciddi nəzarətedilir.
BRAVO Brend məhsulları: 200-ə yaxınyeni çeşid
2025-ci ildə BRAVO yerli və keyfiyyətli məhsullarıninkişafına xüsusi önəm verərək brend məhsul xəttini 200-ə yaxın yeni çeşidləgenişləndirdi. FEMILEA, OLUNA, SUNBAI, BRAVO FIRIN, MASADO kimi qida məhsulları,ULUSU, COOLSY, COOLSY COLA kimi sərinləşdirici içkiləri, eləcə də CLEVEREST,PAPI SOFT qeyri-qida məhsulları əlçatan qiymət və yüksək keyfiyyət prinsipləriilə istehlakçıların rəğbətini qazanıb.
Böyük uduşlar və stimullaşdırıcılotereyalar
İl ərzində keçirilən kampaniyalar vəlotereyalar yüzlərlə ailənin sevincinə səbəb olub. 2025-ci ildə iki dəfə təşkilolunan SUPER 5 lotereyası çərçivəsində 1 mənzil, 2 avtomobil və yüzlərləmüxtəlif hədiyyə BRAVO müştərilərinə təqdim edilib.
Bundan əlavə, Ülker, Badamlı, Anchor, Karvan (Arko, Duru, Fax məhsulları) , BizimSüfrə brendləri ilə birgə həyata keçirilən lotereyalar çərçivəsində avtomobilvə müxtəlif dəyərli hədiyyələr qazanmaq imkanı müştərilər tərəfindən böyükmaraqla qarşılanıb.
Sosial məsuliyyət və ictimai dəstək
BRAVO sosial məsuliyyət layihələrini dədavamlı şəkildə həyata keçirir. "Vətən Əmanətlərinin keşiyindədir!"layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına bayram günlərindəsovqatlar aparılır.
Bununla yanaşı, ASAN könüllülərlə birgə "Bir qəlbi də sən isit" və "Bilikkarvanı" layihələri çərçivəsində aztəminatlı ailələrə və uşaqlarına müxtəlif hədiyyələr,ehtiyac məhsulları və təhsil yönümlü dəstək göstərilir. Bu təşəbbüslər cəmiyyətdəsosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Ekoloji məsuliyyət və yaşıl təşəbbüslər
Ətraf mühitin qorunması BRAVO-nunprioritet istiqamətlərindən biri olaraq qalır. Ekologiya və Təbii SərvətlərNazirliyi ilə birgə icra olunan "Plastikləri tingə dəyiş" layihəsi nəticəsindəyüzlərlə ağac əkilib.
Hipermarketlərin qarşısında quraşdırılanxüsusi qutular vasitəsilə son 1 il ərzində500 kiloqramdan çox plastik tullantı toplanaraq təbiətə zərər vermədən emalayönləndirilib. Eyni zamanda, utilizasiyası çətin olan istifadə olunmuşbatareyaların toplanmasına dəstək göstərilir.
Nəticə
2025-ci il BRAVO üçün yalnız inkişaf ilideyil, eyni zamanda müştərilərə, cəmiyyətə və ətraf mühitə dəyər qatılan bir ilkimi yadda qalıb. Şirkət innovasiya, müştəri məmnuniyyəti, sosial və ekoloji məsuliyyətprinsiplərinə əsaslanaraq gələcək illərdə də fəaliyyətini bu istiqamətdə davametdirməyi hədəfləyir.

İqtisadiyyat       Tarix: 24 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar