Brayza: "Ermənilər nasistlərin 1945-ci ildə Varşavanı dağıtdığı kimi Ağdamı viran qoyublar" - VİDEO

Brayza: "Ermənilər nasistlərin 1945-ci ildə Varşavanı dağıtdığı kimi Ağdamı viran qoyublar" - VİDEOBrayza: "Ermənilər nasistlərin 1945-ci ildə Varşavanı dağıtdığı kimi Ağdamı viran qoyublar" - VİDEO
"İndi Ağdam şəhərinin mərkəzindəyəm. Gördüyünüz kimi, burada heç bir şey qalmayıb. Nasistlərin 1945-ci ildə Varşavada hər şeyi məhv etməsindən sonra olduğu kimi. Nifrətin nə dərəcədə olduğuna baxın. Ermənilər şəhəri bu qədər vəhşicəsinə dağıdıblar".
"Report" xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu gün ADA Universiteti ilə birlikdə beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna səfəri zamanı deyib.
O, Ağdamın və onun görməli yerlərinin məruz qaldığı vəhşiliyin videogörüntülərini çəkib:
"Ağdamdakı məşhur Cümə məscidi çox gözəldir. Mənim üçün bu itirilənlərin, lakin eyni zamanda ümidin simvoludur. Çünki 10 noyabrda əldə edilmiş razılaşmalar sülhün bərqərar olması üçün sabit platforma yaradıb. Ümid edirəm ki, bir neçə il sonra azərbaycanlılar buraya qayıda biləcəklər, amma bunun üçün əvvəlcə bütün minaları zərərsizləşdirmək lazımdır. Ermənistan Azərbaycana minalı ərazilərin xəritələrini verməlidir".
O həmçinin məsciddən çıxan azərbaycanlı əsgəri də görüntüyə alıb: "Ağdamdakı məsciddən azərbaycanlı əsgərin çıxdığını görmək çox təsirlidir, bu, həyatın şəhərə necə qayıtdığını simvolizə edir, bu torpağa sülhün gələcəyinə bir vəd kimidir".
M.Brayza beynəlxalq analitiklər qrupu ilə birlikdə Ağdamdakı Qarabağ xanlarının sarayını da ziyarət edib və burada bu tarixi obyektin məruz qaldığı vəhşilikləri öz gözləri ilə görüb: "Son 30 ildə mal-qara tövləsi olaraq istifadə edilmiş xan məqbərəsi. Burada hələ də qoxu var", - o deyib.
"Səyahətimin sonunda isə Xocalı və Xankəndinə aparan yolun ümidlərlə dolu mənzərəsi durur", – M.Brayza deyir.

/oxu.az

Siyasi       Tarix: 12 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu