"Brent" markalı neftin qiyməti 70 dolları keçdi
"OPEK+"un Texniki Komitəsinin mütəxəssislərinin iclasından sonra dünya bazarlarında neftin qiyməti 1%-dən çox yüksəlib. "Brent" markalı neftin qiyməti isə 18 maydan sonra ilk dəfə olaraq 70 dollar həddini keçib.
Azxeber.com xəbər verir ki, Bakı vaxtı ilə saat 09:13-də Şimal dənizində hasil olunan "Brent" neftinin avqust fyuçersləri 1,14% bahalaşaraq, 1 barreli 70,11 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,87% artaraq, 1 barreli 67,56 dollar təşkil edib.
"OPEK+"un Texniki Komitəsinin qiymətləndirməsinə görə, pandemiya dövründə anbarlarda toplanmış neft qalığı demək olar ki, tam istifadə edilib və ilin ikinci yarımilliyində xammal ehtiyatları sürətlə azalacaq. Bu fonda analitiklərin gözləntilərinə görə, "OPEK+"un Nazirlər komitəsinin növbəti iclası zamanı iyul ayı üçün planlaşdırılan neft hasilatı artımı təsdiq ediləcək.
"OPEK+"un Texniki Komitəsinin proqnozlarına görə, sentyabrdan dekabradək neftin kommersiya ehtiyatları gündəlik azı 2 milyon barrel templə azalacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar