Britaniya əsginaslarında II Elizabetin təsviri əvəzlənir - FOTO
Britaniya əsginaslarında II Elizabetin təsviri əvəzlənir - FOTO
İngiltərə Bankı Böyük Britaniya Kralı III Çarlzın şəklinin əks olunduğu əsginas dizaynını təqdim edib. Bankın saytında yerləşdirilən açıqlamaya görə, kralın portreti 5, 10, 20 və 50 funt sterlinqlik polimer əsginaslarda əks olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə İngiltərə Bankının saytında xəbər verilib.
Monarxın profili əsginasların ön hissəsində, eləcə də Biq Ben qülləsinin şəklinin yanında şəffaf qoruyucu pəncərədə kameo (oyma - red.) şəklində təsvir olunacaq, dizaynda başqa heç bir dəyişiklik olmayacaq. Arxa tərəf də eyni qalacaq.
Kralın təsviri olan əsginasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılması gözlənilir. Eyni zamanda, onlar yalnız köhnəlmişləri əvəz etmək üçün və tələbatın artması halında çap olunacaq.
Kral III Çarlzın və mərhum kraliça II Elizabetin təsvirləri olan sikkələr və əsginaslar Böyük Britaniyada, həmçinin Britaniya monarxının rəsmi olaraq dövlət başçısı olaraq qaldığı digər ölkələrdə birgə dövriyyəyə buraxılacaq.
İngiltərə Bankının məlumatına görə, üzərində II Elizabetin portreti olan əsginaslar köhnələnə və ya zədələnənə qədər qanuni ödəniş vasitəsi olaraq qalacaq. Bu qərar monarxın dəyişməsinin ekoloji və maliyyə nəticələrini minimuma endirmək üçün kral ailəsinin iradəsinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, sentyabrın sonlarında Böyük Britaniyada yeni funt sterlinq əsginaslarının ilin sonunadək təqdim olunacağı xəbər verilmişdi, həmçinin üzərində Kral III Çarlzın təsviri olan ilk sikkələr təqdim edilmişdi.






Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR