Britaniya şahzadəsi hersoq titulundan məhrum edilə bilər - Təcavüzdə ittiham olunur
Britaniya şahzadəsi Endryu York hersoqu titulundan məhrum edilə bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Epşteyn işini uduzsa titulu əlindən alınacaq. Virciniya Giuffre adlı qadın yeniyetmə ikən Hersoqun onu üç dəfə cinsi zorakılığa məruz qoyduğunu iddia edib.
Endryu isə bu ittihamları qəti şəkildə rədd edir. Keçən həftə Şahzadə Endryunun yaxın dostu, həmçinin 2019-cu ildə intihar edən Epşteynin həyat yoldaşı Gislen Maksvell insan alverinə və gənc qızları amerikalı maliyyəçinin xeyrinə "verbovka" etdiyinə görə həbs olunub.
"Sunday Times" qəzetinin yazdığına görə, kral sarayının əyanları Endryu məhkəməni uduzacağı təqdirdə onunla necə rəftar edəcəklərini müzakirəyə qoyublar.
Qeyd edək ki, Şahzadənin vəkillərinin mühakiməni dayandırmaq barədə vəsatəti rədd edilib. Bu həftənin əvvəlində Şahzadə Endryunun vəkilləri qurban Giuffrenin əslində Avstraliyada yaşadığını əsas gətirərək, məhkəmədən işin dayandırılmasını tələb etmişdilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı