Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur

Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudurXəbər verdiyimiz kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub. Belçika vaxtı ilə saat 18:00 (Bakı vaxtı ilə saat 21:00) başlayan görüş 4 saatdan artıq davam edib.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.
Bəs Brüssel görüşünün nəticələrindən gözləntilər nələrdir? Azərbaycan bu görüşdə nə əldə etdi?
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a Şarl Mişelin mətbuat açıqlamasındakı əsas məqamlardan danışıb.
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudurO, qeyd edib ki, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər:
"Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Görüşün təşkilinə vasitəçilik edən Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün açıqlama ilə çıxış edib. Görüş, eləcə də Prezident Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir.
Əvəlla, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər".
Vüqar Bayramov Zəngəzur Dəhlizi ilə bağlı vacib məqamların olduğunu da qeyd edib:
"İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb. Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur Dəhliznin reallaşması baxımından da vacib yanaşmadır.
Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb".
Deputat həmçinin qeyd edib ki, sülh müqaviləsinin hazırlanması ilə bağlı proses artıq başlayıb:
"Dünən axşam jurnalistlərin suallarını cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikcə yollar daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görsənir. Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. "Qarabağ münaqişəsi" sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir".
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudurTanınmış politoloq İlyas Hüseynov da Brüssel görüşünü azxeber.com-a şərh edib. O deyib ki, İlham Əliyevlə Paşinyanın görüşünü məhsuldar adlandırmaq olar: 
"Əliyev və Paşinyanın Brüssel görüşünü məhsuldar adlandırmaq olar. Bir neçə saat davam edən görüşdə mübahisəli məsələlərin müzakirə olunduğu dəqiqdir. Güman etmək olar ki, görüşün ictimaiyyətə açıqlanmayan nəticələri də var.
Əldə olunan razılığa əsasən sərhəd xəttinin delimitasiya və demarkasiyası ilə bağlı əməli addımların atılması barədə razılığın əldə olunması maraqlıdır. Əslində, iki ölkə Rusiyanın vasitəçili ilə sərhəd xəttinin dəqiqləşdirilməsinə razılıq vermişdi. Avropanın vasitəçiliyi ilə komissiyanın yaradılması razılaşdırılıb.
Rusiyanın vasitəçiliyi ilə yaradılan və nəqliyyat rabitələrinin açılması istiqamətində fəaliyyət göstərən işçi qrup arxada qalan müddətdə müəyyən nəticələr əldə edib. Ancaq sərhəd komissiyasının işi daha çətin olacaq. Niyə?
Nəqliyyat rabitələrinin bərpası Rusiyaya lazımdır. Ona görə, bu istiqamətdə fəaliyyətin aparılmasını dəstəkləyir. İki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi isə Rusiyanın maraqlarına, hələ ki, uyğun gəlmir. Çünki, bu, sülh üçün atılmış böyük addım olacaq.
Ermənistandakı radikal milliyətçilər Paşinyana qarış təzyiqlərini gücləndirəcəklər. Sərhədin dəqiqləşdirilməsini Ermənistana xəyanət kimi dəyərləndirəcəklər;
Delimitasiya və demarkasiya çətin prosesdir. Azərbaycan və Ermənistan kimi son 30 ildə iki dəfə müharibədə üz-üzə gələn ölkələr üçün daha çətindir. Mübahisəli məqamlar çoxdur və fikir ayrılıqları vəziyyəti qəlizləşdirir. Bununla belə, sərhəd komissiyası yaradılsa və fəaliyyətə başlasa, bu, iki ölkə arasında silahlı insidentlərin azalmasına gətirib çıxara bilər. Avropa yenə humanitar məsələləri gündəmə gətirib və bunun sülh üçün vacib olduğunu bildirib.
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudurPolitoloq Tural İsmayılov azxeber.com-a açıqlamasında bildirib ki, Brüssel görüşü ölkəmizin maraqlarına uyğun nəticələnib:
"Brüssel görüşü Azərbaycan və Ermənistan arasında kommunikasiyaların davam etməyi baxımından yaxşı nəticələnib. Nəzərə almaq lazımdır ki, bu görüş 4 saatdan artıq davam edib. Daha əvvəl dekabrda Brüssel bəyanatı imzalanmışdı. Düzdür, həmin dövrdən indiyə qədər dekabrda imzalanmış Brüssel bəyanatının bəzi tələbləri hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Amma Aİ Şurasının və onun rəhbəri Şarl Mişelin Cənubi Qafqaz regionuna marağı, eyn zamanda Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçiliyi xüsusi əhəmiyyət kəsb edir. Bundan sonra Brüsseldə əldə olunan nəticələnən, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülhlə bağlı XİN nazirlərinə birbaşa tapşırıqların verilməsi, Rusiyadakı görüşdə sərhədlərin delimitasiyası ilə bağlı qərarın bir daha vurğulanması məsələslərini nəzərə alsaq, düşünürəm ki, nəticələr Azərbaycanın maraqlarına uyğundur".
"Azərbaycan qalib tərəf kimi bu şərtləri daha əvvəldən Ermənistana diqtə edib. Bu günə qədər Ermənsitan üzərində götürdüyü öhtəlikləri yerinə yetirmir. Amma Aİ-nın də bu məsələ ilə bağlı konkret mövqe ortaya qoyması bütövlükdə bizim maraqlarımıza xidmət edir" deyə, politoloq əlavə edib.
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib. 
 Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudurAydın Nuri 

Siyasi       Tarix: 07 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az son xeber az bu gunun xeberleri haqqinda melumat oxu.az xeberler