"Bu addım Putinin axırına çıxacaq" - Rəsul Quliyev

"Qazaxıstanda baş verənlər son 30 ildə 3 yeni müstəqil ölkədə baş verənlərə oxşayır. Gürcüstan, Moldova və Ukraynada eyni proseslər gedib, ancaq müxtəlif versiyalarda. Ukrayna, Gürcüstan və Moldovada ilk nümayişlər siyasi xarakterlə başlayıb və hər 3-ü Rusiya ilə əlaqələrin kəsilməsi və ya düşmənçilik səviyyəsində olması ilə nəticələnib".
KONKRET.az xəbər verir ki, bu sözləri sabiq spiker Rəsul Quliyev deyib. O bildirib ki, Qazaxıstanda nümayişlər əhaliyə satılan qazın qiymətinin 2 dəfə artırılmasına qarşı başlayıb, bir gündən sonra siyasi tələb müstəvisinə keçib.
"Qazaxıstanda qazın qiymətinin qaldırılmasını anlamaq mümkün deyildir. Çünki Qazaxıstan dünya iqtisadiyyatına bağlı ölkə deyildir. Daxildə istehsal etdiyi məhsulların qiymətinin bu məhsulların dünya bazarında olan qiymətlərindən heç bir asılılığı yoxdur. Qazaxıstan qazın qiymətinin dünya bazarında 5 dəfə artmasına baxmayaraq, istəsə, qazın qiymətini öz xalqı üçün artırmaya, hətta azalda bilər. Qazaxıstan qaz eksport edir. Daxildə əhaliyə satılan qazın qiymətini qaldırırsa, büdcəsində debalans var" – deyə sabiq spiker əlavə edib.
Rəsul Quliyevin sözlərinə görə, ölkə əhalisini təmin etmək üçün (özü kifayət qədər istehsal etmədiyi üçün) xaricdən müəyyən tipli məhsullar alırsa, bu məhsulların dünya bazarında qiymətlərinin dəyişməsi ölkənin daxili bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarda bilər.
"İlk növbədə ölkə xaricdən aldığı çox ciddi məhsulların (məsələn taxıl, ət, yağ və sair) ölkəyə gətirilməsində monopoliyanı qətiyyətlə ləğv etməlidir. Fərasətli adamlar gedib bir başa istehsalçılardan o məhsulları ucuz qiymətə tapıb gətirəcəklər, daxildə qiymətlərin yuxarı qalxmasının qarşısını alacaqlar. Qazaxıstan qazın qiymətini qaldırmaqla çox böyük səhv edibdir. İndi istənilən geri addım Qazaxıstanın süqutu ilə nəticələnəcək" – deyə Rəsul Quliyev bildirib.
O bildirib ki, Nazarbayev istefa veribsə, etiraz mitinqlərinin masştabı çox böyükdür. Prezidentin gördüyü tədbirlər onun ziyanınadır.
"Birinci səhv o rus dilində xalqa müraciət etdi. Qazaxıstanın əhalisinin azı 60 faizi, ümumiyyətlə, rus dilini bilmir. İkincisi, qazaxların içərisində Oljas Süleymenovdan başlayaraq ziyalıların arasında kifayət qədər millətçi var, onları da özünə qarşı qaldırdı. Bu adam çıxışdan öncə 2014-cü ildə Ukraynada baş verənləri dərindən öyrənməli idi. Onun çıxışı Yanukoviçin çıxışı ilə demək olar ki, eyni idi. O çıxışdan iki gün sonra Yanukoviç ölkədən qaçdı. O da "Mən burdayam və heç yerə gedən deyiləm" deyirdi. Qazaxıstanda xaosdan Rusiya istifadə edə bilər. "Rusları qırırlar, biz buna imkan verə bilmərik" lozunqu ilə qoşununu Qazaxıstana yeridə bilər. Onu bu hərəkətdən Çin saxlaya bilər. Bir sözlə, Qazaxıstanda bütün problemlərin dinc yolla qazax xalqının xeyrinə həll olunması (heç kimin müdaxiləsi olmadan) bizim xeyrimizə oıar. Qazaxıstanın türk dünyasına bağlılığını artırar".
"Mən bu yazını qurtarıb nöqtəsini qoyandan sonra informasiyalara baxdım və Qazaxıstan prezidentinin artıq onların birləşdiyi təşkilata, daha doğrusu, Rusiyaya kömək üçün müraciət etdiyinə rast gəldim. Bu addım birbaşa vətəndaş müharibəsinə, rusların zorla Qazaxıstandan qovulmasına aparan addımdır. Aydındır ki, bu müraciət əvvəldən Putinlə razılaşdırılmış addımdır. Ruslar Qazaxıstanın Astana (Nur-Sultan) zonasından Qazaxıstana qoşun yeridəcək Qazaxıstanın böyük bir hissəsi, o cümlədən paytaxtı Rusiyanın nəzarətinə keçəcək. Qazaxıstanın prezidenti bu müraciətdən sonra hökumətdə qala bilməz. Ölkədə Nazarbayev periodundan qalma nə varsa, darmadağın ediləcək. Prezidenti ələ keçirə bilsələr, asacaqlar. Çox ağıldan kəm hərəkət edib. Öz camaatı ilə dil tapmaq əvəzinə xarici qoşunları öz xalqını qırmağa dəvət edir. Ümid edək belə bir addımın atılması Putinin də axırına çıxacağını o anlayır", – deyə Rəsul Quliyev vurğulayıb.

Siyasi       Tarix: 06 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son xeber ən son xeberler xeber