Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər - ALİMLƏRDƏN XƏBƏRDARLIQBritaniyanın Con Hopkins Univeritstinin alimləri müntəzəm olaraq oral antibiotik həblərinin qəbulu ilə həzm orqanları, xüsusən yoğun bağırsaq xərçəngi riskini yaratdığını bildirib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 2010-cu ildən bu ilə kimi dünyada 70 milyard insan 10 dozada antibiotik qəbul edib.
Məlumdur ki, bu dərmanlar mədə-bağırsaq mikroflorasının balansını pozur.
Tədqiqatçılar Datalinkin 1989-2012-ci illəri əhatə edən, 11,3 milyon pasiyenti əhatə edən tibbi məlumat bazasını incələyib.
Onların arasından 28 min xərçəng xəstəsi barədə informasiya yığılıb. Bunlardan 19,7 min nəfəri kolorektal xərçəngdən, 9,2 min nəfəri düz bağırsaq xərçənginə tutulub. 
Yoğun bağırsaq xərçəngi xəstələrinin 70%, düz bağırsaq xərçəngi xəstələrinin 69%-i bir neçə müxtəlif sinifə aid antibiotiklər qəbul ediblər.
Xərçəng diaqnozu aşkarlanmazdan 10 il öncəyə kimi uzun müddət oral antibiotiklər qəbul edən insanlarla onkoloji xəstəliyin əlaqəli olduğu aşkarlanıb.
Yoğun bağırsaq xərçəngi aşkarlanan xəstələrə daha çox anaerob bakteriyalara qarşı antibiotiklər təyin olunub. Xərçəng xəstəliyi olmayan xəstələrə isə bu dərman çox az halda təyin edilib.
Hesablamalar və digər faktorlar (çəki, siqaret, içki, qidalanma) da nəzərə alındıqdan sonra alimlər yekdil nəticəyə gəlib ki, 16 gündən artıq qəbul etmək yoğun bağırsaq riskini çox yüksəldir. Lakin antibiotiklərin 60 gün qəbul edilməsi isə düz bağırsaq xərçəngini 15% azaldır. 
Yoğun bağırsaq xərçəngi daha çox ampisillin dərmanından qaynaqlana bilər. Düz bağırsaq xərçəngi isə tetratsiklinlə əlaqələndirilib.
Bu tədqiqat bir daha göstərdi ki, antibiotiklərdən sui-istifadə etmək olmaz və ciddi ehtiyac hallarında yazılmalıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber az xeber cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun