Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEO

Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEOXüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl yol hərəkətinin təhlükəsizliyi nə dair dövlət proqramı hazırlandı. Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə taxoqraf cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir. Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.
Azxeber.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.
Hansı ki, 2019-2023-cü illəri əhatə edən Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə taxoqraf cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, yük avtomobilləri və sərnişin avtobuslarının sürücülərinin törətdikləri qəzaları təhlil edərkən müəyyən olur ki, sürücü sükan arxasında ya yuxlayıb, ya da yorğun olub. Ekspert deyir ki, yük maşınlarına və avtobuslara taxoqraf cihazı quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək mütləqdir.
Taxoqraf hər şeyi qeydə aldığından, yol polisi sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkar edərsə dərhal onun hərəkəti dayandırılmalıdır. Sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yük avtomobillərinə və sərnişin avtobuslarına taxoqraf cihazının quraşdırılması Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilməldir. Sözügedən qurumun rəsmisi Günay Əliyeva deyir ki, taxoqraf cihazı beynəlxalq yük və sərnişindaşımada olan nəqliyyat vasitələrində var. Bəs şəhərlərarası yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bu cihaz niyə yoxdur?
Günay Əliyeva deyir ki, taxoqraf cihazı gizli şəkildə fəliyyat göstərən sürücülərin avtomobilinə quraşdırılmayacaq. Bu yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı və qanuni icazə vərəqəsi alan sürücülərin avtomobillərinə quraşdırılaraq onlara nəzarət ediləcək.

Sosial       Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 sou xeberler bugun dunya xeberleri sou biznes