Bu aylarda Bakı və İrəvan arasında gərginlik baş verəcək: Yeni müharibə anonsu?
Ermənistan sürətlə silahlanır və düşmən ölkənin bu adımı regionda müharibə riskini artırır. Fransa və Hindistandan alınan hücum silahları Azərbaycanla sərhəddə daşınır. Ermənistanın müdafiə naziri Papikyan silah sərgilərini gəzir. Ötən həftə Hindistanda keçirilən silah sərgisində iştirak edən Ermənistan müdafiə naziri oradan bir başa Avropaya gedib. Almaniyada səfərdə olan Suren Papikyan orada da silah məsələsini müzakirəyə çıxarıb. Yeni silah bazarlarına üz tutan Ermənistanın bu siyasəti sülhə təhdid yaradır.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd KONKRET.az-a açıqlamasında bildirib ki, Suren Papikyan Hindistandakı sərgidə yeni silahlara, texnologiyalara baxış keçirib:
"Nazir Ermənistan ordusunun ehtiyac duyduğu silahlarla tanış olub. Özlərinə yarayan silahların alınması üçün müqavilələr bağlayıb. Ermənistan son dönəmlərdə müharibənin nəticələrini təhlil edib və Ermənistanın zəif yerlərini yaxşı bilir. Ermənistan ona görə də Hindistandan daha çox silahlar almağı düşünür. Bu barədə Hindistan mediası da məlumat yayıb. Onlar daha çox anti-dron sistemləri, yeni artileriya vasitələri və dağlarda istifadə olunacaq raketlərlə maraqlanırlar. Təbii ki, bütün bunların hamısı Azərbaycan üçün təhdidir. Ermənistanın bu cür silahlanması Azərbaycanı da eyni addım atmağa məcbur edir. Bunun üçün adekvat addımlar atılır. Belə silahlanma ölkələrin sosial layihələri həyata keçirməsinə mane olur. Ölkələr demək olar ki, ancaq silahlanma ilə məşğuldurlar. Görünən odur ki, Ermənistanda ciddi şəkildə fəallıq var. Xüsusən "Qarabağ klanı" fəallaşıb. Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşəndən sonra sanki ermənilər bundan istifadə etməyə çalışırlar. Ona görə də, regionda qısa zamanda sülh əldə olunmasını düşünmək doğuru deyil. Xüsusən, aprel-may aylarında gərginlik gözlənilir. Ümid edək ki, müharibə olmasın, amma hər an regionda ağır proseslərin baş vermə ehtimalı qalır".
Vəli Həsənoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı