"Bu baş versə, Qərb bloku, Avropa Birliyi və NATO dağılacaq" - ŞOK AÇIQLAMA

"Ukrayna sülh formulu kontekstində genişmiqyaslı müharibənin həlli üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır, lakin yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət və beynəlxalq hüquq normalarına riayət etmək şərtilə". Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, ilk növbədə Ukrayna qalib gəlməli və sülh üçün şərait yaratmalıdır. İlk baxışdan Ukrayna rəsmisinin bu şərti ilə Rusiyanın razılaşacağı real görünmür. O zaman Yermakın belə bir fikir səsləndirməsinin kökündə hansı məqamlar dayanır?  Ümumiyyətlə, Ukraynanın müharibədə qalib gəlməsi və öz şərtini diqtə etməsi mümkündürmü ?
Mövzunu KONKRET.az-a şərh edən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bilidirb ki, Ukrayna və Rusiya arasında sülhün imzalanmasının başlıca şərti Moskva və Kiyevin ərazi bütövlüyünün təmin olunmasıdır:
"Çünki Ukrayna Kurskun müəyyən hissəsini nəzarətə götürməklə Rusiya ərazisinə girib. Rusiya isə Ukraynanın ərazilərinin böyük hissəsini işğala məruz qoyub. Bu baxımdan sülhün başlıca şərti ərazi bütövlüklərinin bərpa olunmasıdır. Yermakın açıqlamasının əsasında ilk növbədə "Qərbin Ukraynadan əl çəkdiyi", "Ukraynanın müharibəni dayandıracağı", "Qərbin Rusiya ilə anlaşmaya gedəcəyi" ilə bağlı fikirlərə bir cavab dayanır. Yermak vurğulayır ki, Ukrayna öz ərazi bütövlüyü bərpa olunana qədər müharibəni davam etdirəcək. Kiyevin başlıca hədəfi suverenliyini təmin etməkdir və Qərb bu məsələdə Ukraynanı axıra qədər dəstəkləyəcək. Rusiya isə Ukrayna ərazilərini tərk edəcək. Bu məqamlar Yermakın açıqlamasının əsasını təşkil edir".
Politoloqun sözlərinə görə, bu, təkcə Rusiya Ukrayna müharibəsi deyil:
"Bu, həm də Qərblə Rusiya, Çin və İranın müharibəsidir. Başqa sözlə, Rusiya və ətrafındakı qüvvələr, ABŞ və müttəfiqləri ilə savaşır. Odur ki, bunu Qərb və Şərq müharibəsi kimi də adlandıra bilərik. Sözügedən müharibədə Ukraynanın Qərbə inteqrasiya etmək istəyi onu vasitəyə çevirib. Ukrayna tək Rusiya ilə yox, həm də Çin, İran və Şimali Koreya ilə müharibə edir. Odur ki, bu müharibəni adi bir savaş kimi dəyərləndirmək olmaz. Müharibədə Ukraynanın geri çəkilməsi Qərbin məğlubiyyəti və Qərb blokunun, Avropa Birliyinin, NATO-nun, Qərb ideyalarının dağılması, yaxud zəifləməsi demək olacaq. Müharibə hazırda davam edir və hələ ki, Ukrayna müqavimət göstərir. Hesab edirəm ki, qarşıdan gələn dövrdə Ukraynanın müqaviməti daha da kəskinləşəcək. Çünki Ukrayna və Rusiyanın dəstəkçiləri açıq oynayır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 24 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri