"Bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik, B planımız var"

" class="imgbcode" />"Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Brussels signal"a müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı suala cavab verərkən deyib.
Əmirbəyov jurnalistin "Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlar var idi ki, bu dəhliz potensial olaraq Ermənistan ərazisi hesabına ölkənizin əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirə bilər. Sadəcə məsələ ilə bağlı sizə bir daha mövqeyinizi açıqlamağa imkan vermək istəyirəm. Bu əraziyə ərazi iddiasının olmadığını iddia edirsiniz? Düzdür?" sualına cavab verərkən deyib:
"Bu tamamilə doğrudur. Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, ölkəmizin iki hissəsi arasında rabitə əlaqəsini bərpa etmək istəyimizdə biz bunu Ermənistanın ərazisini zəbt etmək yolu ilə təmin olunmasını düşünmürük. Biz bu rabitə xəttinin bərpa olunmasının tərəfdarıyıq və bu bağlantı sovetlər dövründə mövcud idi. Dediyimiz sadəcə odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Öhdəliklərdən biri 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli atəşkəs sazişindən irəli gəlir. Onlar Azərbaycanın iki hissəsi arasında bu əlaqəni təmin etməyə razılaşıblar. Çünki bu yolla bu Naxçıvan Muxtar Respublikası təcrid vəziyyətinə son qoyulmuş olacaq. Bununla belə bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Biz bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsi arasında bağlantı deyil, həm də bu, orta dəhlizin alternativ marşrutuna çevrilə bilər. Fikir verin, bu gün Ermənistan istənilən regional iqtisadi layihədən tamamilə təcrid olunub Azərbaycanla münaqişəsi və Türkiyə ilə həll olunmamış problemlərinə görə tamamilə oyundan kənardır. Beləliklə, biz bunu hər iki tərəfin qazandığı vəziyyətə çevirməyə çalışırıq. Sülhdən Ermənistan da faydalana bilər. Ancaq bunun faydalarını dərk etmək istəmirlərsə, biz buna təkan verməyəcəyik".
– Alternativ planınız varmı? Məqsəd hərbi yolla əldə edilməyəcəksə.
– Bunun üçün bizim B planımız var. Əgər Ermənistan bu əlaqənin öz ərazisindən keçməsini istəmirsə, və təklifimizin bəhrəsini dərk etmək iqtidarında deyilsə, biz Naxçıvanla nəqliyyat bağlantısını İran vasitəsilə etməyə hazırıq. Biz İran tərəfi ilə bu barədə danışıqlara artıq çoxdan başlamışıq.

Siyasi       Tarix: 15 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler sosial yardim kriminal xeberler valyuta mezenesi