Bu, dövlətimizə, xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur" - Deputat

Bu, dövlətimizə, xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur"Böyük Britaniyada səfirliyimizin binasına edilən hücum, xüsusilə bayrağımızın çıxardılıb, başqa hər hansı bir məzhəbin bayrağı ilə əvəz olunması dövlətimizə və xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Müşviq Cəfərov deyib. Deputat qeyd edib ki, məsələ London hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Bu, tezliklə London hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı, günahkarlar üzə çıxarılmalıdır. Azərbaycanın ən vacib siyasi xətti məhz dünyəvillikdir. Bizim ölkədə müxtəlif etiqadlara sitayiş edən, ayrı-ayrı etnik qruplar yaşayır ki, onlar hər biri Azərbaycan dövləti üçün vətəndaşdır və eyni hüquqa malikdir. Bu günə kimi dövlətimiz heç kimi dini inancına və ya mənsub olduğu etnik qrupa görə nə günahlandırılıb, nə də fərqləndirib. Bu mümkün də deyil. Çünki biz dünyəvi dəyərləri yüksək səviyyədə mühafizə edən bir xalq və dövlətik". 
Deputat qeyd edib ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir:
"Azərbaycan Respublikasının Konstitutsiyasının 18 maddəsində də bu öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bunu bütün dünya da yaxşı bilir ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir.
Dünyanın nəhəng siyasi mərkəzlərindən olan Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır. Bu cinayətin bir neçə məqsədi ola bilər. Azərbaycanla Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış da ola bilər. Həmçinin, bunun əsas məqsədlərindən biri də qonşu İranla münasibətləri korlamaq da ola bilər". 
Müşviq Cəfərovun sözlərinə görə, dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur:
"Digər çox vacib amil isə bu cinayətin məqsədi ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər. Çünki ölkəmiz çoxmillətli və müxtəlif inanclı xalqların məkanıdır, din və etiqad  həssas məsələlərdən biri və vacibidir. Bu əməlin səbəbi nə olur olsun çox ciddi məsələdir. Dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur. Biz imkan verməyəcəyik ki, xaricdə Azərbaycanımızı sevməyən qüvvələrin törətdikləri bu qanunazidd hərəkətləri ölkə daxilinə  daşıyıb, dövlətimizin dayaqlarını sarsıtmaq üçün fəaliyyətə keçsinlər".
"Mən ümid edirəm ki, hər kəs konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqlik nümayiş etdirib, dövlətimizi bu kimi təhlükələrdən xalq dövlət birliyinin gücü ilə qoruyacaqdır", - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 05 avqust 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən canlı krimnal bugun xabar az