Bu, Ermənistan–Azərbaycan münasibətlərində dayanıqlı sülh üçün müəyyən gözləntilər yarada bilər
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb.
Bu barədə "Radio Azatutyun" məlumat yayıb. Bildirilib ki, "Ran Oil" şəbəkəsinin yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı benzinin litri 430 drama (1,93 AZN) satılır.
İqtisadçı ekspert Elşən Bağırzadə azxeber.com-a açıqlamasında bildirib ki, bu addım iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına hesablanıb:
"İki ölkə arasında əlaqələrin yavaş-yavaş başlanmasına, qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş addımdır. Bu proses iki ölkənin rəsmi qurumları arasında əldə olunmuş razılaşma əsasında başlayıb. Baxmayaraq ki, Ermənistan tərəfi bu məhsulları özəl şirkətlər vasitəsilə satın alır, burada yenə də rəsmi razılaşmanın mövcudluğu danılmazdır. Bu addımı daha çox Vaşinqtonda əldə olunmuş razılaşmaların, Trampın vasitəçiliyi ilə imzalanmış sənədlərin davamı kimi qiymətləndirmək olar".
Ekspert deyib ki, tranzit xərcləri benzinin qiymətinin artmasına səbəb olur:
"Hazırda söhbət elə də böyük həcmdə benzin ixracından getmir ki, Azərbaycan bundan ciddi iqtisadi gəlir əldə etsin. Nəzərə almaq lazımdır ki, benzin birbaşa Ermənistan–Azərbaycan sərhədi ilə deyil, Gürcüstan üzərindən daşınır. Bu isə tranzit xərclərinə görə Ermənistan üçün benzinin qiymətini bir qədər artırır".
E.Bağırzadə qeyd edib ki, prosesin iqtisadi sahədən başlaması çox düzgün addımdır:
"Düşünürəm ki, gələcəkdə bu cür addımlar intensivləşərsə və qarşılıqlı etimad artarsa, bu, Ermənistan–Azərbaycan münasibətlərində dayanıqlı sülh üçün müəyyən gözləntilər yarada bilər. Çünki hər iki cəmiyyət anlamalıdır ki, iqtisadi əməkdaşlığın qurulması onların hər ikisi üçün faydalıdır və bu fayda aydın şəkildə hiss edildikdə, digər siyasi məsələlər tədricən arxa plana keçə bilər. Məhz buna görə də cəmiyyətlərin bir-biri ilə barışması, əlaqələr qurması və bu münasibətləri inkişaf etdirməsi üçün möhkəm iqtisadi təməl olmalıdır. Bu baxımdan, prosesin məhz iqtisadi sahədən başlaması çox düzgün addımdır".
Şahanə Ziyad
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür