"Bu gün Azərbaycanda media ilə dövlətin vəhdəti milli gücün əsas sütunlarından biridir

Siyasi şərhçi Aydın Quliyev bu gün AZTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olub.
azxeber.com xəbər verir ki, verilişdə çıxışı zamanı o, Prezident İlham Əliyevin jurnalistikaya dair fikirlərinin dərin və çoxqatlı mənalar daşıdığını bildirib:
"Cənab Prezidentin söylədiyi fikirlər sadəcə təqdir deyil, eyni zamanda dərindən düşünüləsi, sətraltı mesajlar da verir. Çünki biz yaxşı bilirik ki, hansı illəri keçmişik. Xüsusilə müstəqilliyimizin ilk illərində – informasiya blokadası, informasiya müharibəsi dövründə sözümüzü dünyaya çatdıra bilmirdik. 20 Yanvar faciəsini yaşamışdıq, Xocalı soyqırımı baş vermişdi, amma səsimiz eşidilmirdi. İndi isə Xankəndidən dünyaya mesajlar verə bilirik. Bu, çox ciddi bir göstəricidir."
Aydın Quliyev qeyd edib ki, bir zamanlar Azərbaycanın xarici ölkələrin mediasında müdafiə olunması üçün müxtəlif təşəbbüslər göstərilsə də, nəticə uğurlu olmadı:
"O dövrdə çalışırdıq ki, xarici ölkələrin media orqanlarında Azərbaycana münasibəti dəyişək, tərəfdaşlar tapaq, ölkəmizin maraqlarını müdafiə edən media dairələri formalaşdıraq. Amma bununla paralel olaraq daxildə milli medianı gücləndirməyə yönələn siyasət daha səmərəli nəticə verdi. Bu gün Azərbaycan mediası yalnız müdafiə mövqeyində dayanan orqan deyil, həm də hücum edən, haqqı tələb edən güclü platformaya çevrilib."
Quliyev həmçinin Qərb mediasının "müstəqil və tərəfsiz" imici ilə çıxış etməsinə baxmayaraq, əslində onların geosiyasi alət kimi istifadə olunduğunu bildirib:
"Dünyanın aparıcı media orqanları – New York Times, The Guardian, BBC, TF1 və digərləri əslində müstəqil deyillər. Onlar Qərb dövlətlərinin maraqlarına xidmət edən vasitələrə çevriliblər. Müharibə dövründə bu tam aydın şəkildə üzə çıxdı. Fransız jurnalistin balanslı reportajına görə linç edilməsi bunu bir daha sübut etdi. Mediada obyektivlik görüntüsü olsa da, arxasında dövlətlərin ideoloji maraqları dayanır."
O, Azərbaycanın bu baxımdan fərqli olduğunu və media ilə dövlət arasında qarşılıqlı birliyin formalaşdığını vurğulayıb:
"Azərbaycanda isə medianı da, dövləti də millət formalaşdırır. Bu gün media ilə dövlətin birliyi həm müdafiə, həm də hücum mövqeyində nəticə verə bilir. Əgər bizim mediamız xarici anti-Azərbaycan kampaniyaları ifşa edə bilirsə və bu istiqamətdə real nəticə əldə olunursa, bu, dövlətlə medianın birliyinin təzahürüdür."
Aydın Quliyev qeyd edib ki, bu birlik tarixi mərhələlərdə mövcud olmayıb:
"19-cu əsrin ortalarında mətbuatımız milli ruhlu Həsən bəy Zərdabi kimi ziyalıların təşəbbüsü ilə yaransa da, dövlət yad idi. Sovet dövründə isə həm dövlət, həm media yabançı idi. Amma bu gün həm dövlət, həm də mətbuat millətindir, xalqındır."
Siyasi şərhçi çıxışının sonunda Prezident İlham Əliyevin media ilə dövlətin vəhdətinə dair fikirlərinə istinad edərək bildirib:
"Prezidentimizin qeyd etdiyi kimi, dövlətlə medianın birliyi təkcə Azərbaycanın maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda xaricdən gələn hücumları da neytrallaşdırmaq gücünə malikdir. Bu isə Azərbaycan jurnalistikasının və dövlətinin böyük nailiyyətidir."
Oksana Orucova

Siyasi       Tarix: 23 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən canlı xeber.az