Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstan üçün TOPLAŞIR

Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstan üçün TOPLAŞIRBu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.
KONKRET.az xəbər verir ki, fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb.
"Bazar ertəsi (10 yanvar – Red) KTMT ölkələrinin başçılarının videokonfrans vasitəsilə fövqəladə toplantısının keçirilməsi planlaşdırılır", – Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti TASS-a bildirib. Daha sonra bu məlumatı Kreml də təsdiqləyib. Qeyd olunub ki, iclasda Qazaxıstanda vəziyyətin normallaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.
Yanvarın 6-sı və 7-də Rusiya Prezidenti Vladimir Putin KTMT-dakı həmkarları – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus rəhbəri Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmələr aparıb.
KTMT sülhməramlıları üçün ilk əməliyyat
Yanvarın 5-də Qazaxıstanın bir sıra yaşayış məntəqələrində başlayan etirazlar basqınlarla müşayiət olunan iğtişaşlara çevriləndə, hökumət binaları yandırılanda Tokayev KTMT ölkələrinin başçılarına Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə yaranan təhlükəni nəzərə alaraq respublikaya yardım göstərilməsi xahişi ilə müraciət edib.
Həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri arasında məsləhətləşmələr aparılıb və yanvarın 6-da Ermənistanın baş naziri təşkilatın Kollektiv Sülhməramlı Qüvvələrini Qazaxıstana göndərmək qərarını elan edib (Kollektiv Təhlükəsizlik Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq). Təşkilatın sülhməramlıları üçün bu əməliyyat ilk idi – bundan əvvəl onlar yalnız təlimlərdə iştirak edirdilər. Yanvarın 9-da onların Qazaxıstana yerləşdirilməsi yekunlaşıb.
Sülhməramlılar Almatı və şəhərə bitişik ərazilərdə mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirirlər. Kollektiv Sülhməramlı Qüvvələrin komandanı, general-polkovnik Andrey Serdyukovun sözlərinə görə, ölkədə vəziyyət tam sabitləşənə qədər hərbçilər bu vəzifələri yerinə yetirməyə davam edəcəklər. Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, KTMT sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanlarının, ordu hissələrinin əməliyyat və döyüş fəaliyyətinə cəlb edilməyəcək.
Qazdan yaranan alov
Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir. Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb. Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.
Qazaxıstanda son vəziyyət
Artıq yanvarın 7-dən respublikanın hakimiyyət orqanları ölkənin bütün bölgələrində bütövlükdə konstitusiya quruluşunun bərpa olunduğunu bəyan ediblər. Böyük şəhərlərin girişində hərbçilərin sənədləri yoxladığı keçid məntəqələri yaradılıb. İnternetdə fasilələr müşahidə olunur. Eyni zamanda, ölkə tədricən normal həyata qayıdır, dəmir yolu və hava əlaqəsi, o cümlədən beynəlxalq əlaqələr bərpa olunur.
Son məlumatlara görə, iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb, 130-dan çox şəxs xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir. Hələlik ölənlər barədə dəqiq məlumat yoxdur, lakin ölənlər arasında ən azı üç azyaşlının olduğu məlumdur. 2,2 mindən çox insan tibbi yardım üçü xəstəxanalara müraciət edib.
Qazaxıstanda yanvarın 10-u bu hadisələr zamanı həlak olanların xatirəsinə matəm günü elan edilib. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 16 təhlükəsizlik əməkdaşı həlak olub.

Siyasi       Tarix: 10 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxeber.az apa.az xeberler sonxəbər