Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcəkDövlət İmtahan Mərkəzinin (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17 097 bakalavrın iştirakı nəzərdə tutulub.
Mərkəzdən azxeber.com-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılacaq.
Bakalavrların imtahan verəcəyi yer onun "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. Bədən hərarəti 37 dərəcə və ya ondan yuxarı olan iştirakçılar imtahana buraxılmır. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1‑dən 10-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17 097 bakalavr ərizə təqdim edib. Onlardan 15 653 nəfəri Azərbaycan bölməsi, 1 444 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 307-si cari ilin, 6 790-ı isə əvvəlki illərin məzunlarıdır, 33 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü il, ən yaşlı bakalavr isə 1963‑cü ildə anadan olub.
Qəbul imtahanı Bakıda 50, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12 307, Naxçıvanda 558, Gəncədə 1 418, Sumqayıtda 1 208, Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri və ümumi rəhbər, 1 590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 14-dən etibarən DİM-in internet saytına daxil olub "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə "İmtahana buraxılış vərəqəsi"ni çap ediblər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- "İmtahana buraxılış vərəqəsi"ni.
- "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" (Bəyannamə DİM-in saytından "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binaları yoxlanılıb, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 19-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Sosial       Tarix: 20 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun cebheden xeberler cebheden xeber son xeber