Bu gündən Türkiyəyə səfər edənlər "sağlamlıq kodu" təqdim etməlidir
Bu gündən Türkiyəyə səfər edənlər "sağlamlıq kodu" təqdim etməlidir
Türkiyə hökumətinin "sağlamlıq kodu"nu (HES code) almaq üçün respublikaya girən bütün sərnişinlərdən elektron sorğu anketləri doldurması tələbi bu gündən qüvvəyə minib.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi TASS-a bildirib.
"Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən 72 saat əvvəldən çox olmamaq şərti ilə saytdakı formanı doldurmalıdır. Bundan sonra onlara avtomatik olaraq fərdi HES-kod veriləcək", - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Bundan əvvəl qurumdan bildirilmişdi ki, bu kodun köməyi ilə Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən edilən şəxsləri tapa biləcəklər.
"Uçuş üçün qeydiyyatdan keçərkən sərnişinlər doldurulmuş formanı elektron və ya çap edilmiş formada aviaşirkətin təmsilçisinə təqdim etməlidirlər. Bu forma Türkiyə sərhədində də yoxlanıla bilər. Forma ümumiyyətlə doldurulmadıqda və ya yanlış məlumatlar olarsa, qanuni və inzibati sanksiyalar tətbiq edilə bilər. Həmçinin Türkiyəyə girişiniz də qadağan edilə bilər", - deyə nazirlikdən bildirilib.
Hazırda HES-kod Türkiyədə daimi yaşayan bütün insanlar tərəfindən istifadə olunur. Sənəd ticarət mərkəzlərini və bir sıra dövlət qurumlarını gəzərkən təqdim edilməlidir. Bundan əlavə, İstanbul rəhbərliyi 15 mart tarixindən etibarən sakinləri kafe, bərbər, hamam, spa, toy salonu, teatr və fitness mərkəzlərinə gedərkən "sağlamlıq kodları" vermələri tələbini irəli sürüb. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var