Bu halda Türkiyə XİN rəhbəri Moskvadan birbaşa Kiyevə gedə bilər – Çavuşoğlu və Lavrovun görüşü nə vəd edir?

Bu halda Türkiyə XİN rəhbəri Moskvadan birbaşa Kiyevə gedə bilər – Çavuşoğlu və Lavrovun görüşü nə vəd edir?Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskvaya səfər edəcəyi gözlənilir. Hətta onun Moskvadan sonra Kiyevə də getmə ehtimalının olduğu haqda xəbərlər yayılıb. Türkiyə XİN rəhbərinin Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı müzakirələr aparacağı istisna edilmir. Maraqlıdır Çavuşoğlunun bu səfərindən nələri gözləmək olar? Ümumiyyətlə Türkiyə, Rusiya və UKrayna arasında sülhün imzalanmasında vasitəçi ola bilərmi?
MövzunuKONKRET.az-a politoloq Zaur Məmmədov şərh edib. O bildirib ki, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında bir müddət əvvəl görüş baş tutdu. Bundan sonra həm də Ukrayna və Rusiya XİN rəhbərləri Çavuşoğlunun başçılığı ilə görüşdülər. Əlbətə ki, bu özlüyündə Türkiyənin həm Rusiya, həm də Ukraynadakı nüfuzunun göstəricisidr: "Belə az vaxt keçməsinə baxmayaraq Çavuşoğlunun təcili şəkildə Moskvaya səfər etməsi rəsmi Ankaranın vasitəçiliyi ilə yaxın vaxtlarda nailiyyətin əldə olunacağı ehtimalını artırır. Çünki Türkiyə Avropa İttifaqının bir çox dövlətlərindən və ABŞ-dan fərli olaraq doğurdan da bu məsələdə balansı qoruyur. Eyni zamanda tərəflər arasında müharibənin alovlanmasında maraqlı deyil. Əksinə sülhün bərqərar olmasını istəyir".
Bu halda Türkiyə XİN rəhbəri Moskvadan birbaşa Kiyevə gedə bilər – Çavuşoğlu və Lavrovun görüşü nə vəd edir?Politoloq əlavə edib ki, Türkiyənin Ukrayna ilə siyasi münasibətləri ən üst səviyyədədir: "Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək verir. Eyni zamanda Rusiya və Türkiyə iqtisadiyyatı bir-birinə sıx bağlıdır. Son zamanlar onlar arasında iri layihələr həyata keçirilib. Putin və Ərdoğan Avrasiyaçılıq və digər bu kimi məqsədlərində fikir mübadiləsi aparır. Hər halda biz bu dəfə Çavuşoğlu və Lavrov arasındakı Moskva görüşündə Ukrayna məsələsi ilə bağlı Türkiyənin konkret təkliflərini eşidəcəyik".
Çavuşoğlunun Moskvadan sonra Kiyevə gedib-getməyəcəyi ilə bağlı suala Zaur Məmmədov belə cavab verib: "Əgər Çavuşoğlunun Moskvaya səfəri effektiv alınsa və Rusiya tərəfi ilə müəyyən razılığa gəlinsə, o zaman Türkiyə XİN rəhbəri birbaşa Kiyevə gedə bilər".
Müşviq Tofiqoğlu,
KONKRET.az       

Siyasi       Tarix: 16 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər son xabar xabarlar cəbhədən yeni xəbərlər