Bu hallarda maaşlar ikiqat hesablanacaq

Bu hallarda maaşlar ikiqat hesablanacaqAzərbaycanda əmək münasibətlərini tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər edilib. Yenilənmiş qaydalara əsasən, qanunla müəyyən edilmiş qeyri-iş günlərində və əlavə iş saatlarında çalışan işçilərin əməkhaqqı hesablanarkən artıq təkcə gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
Bu dəyişikliklər Prezident tərəfindən təsdiqlənərək Əmək Məcəlləsində əksini tapıb və əmək müqaviləsi ilə çalışan bütün şəxslərə şamil olunur.
İndiyədək qanunvericiliyə əsasən gündəlik iş vaxtı 8 saat olaraq müəyyən edilsə də, praktiki vəziyyət fərqli olub. Bir çox hallarda işçilər normadan artıq çalışsalar da, əlavə saatlara görə lazımi ödəniş ala bilmirdilər. Xüsusilə istehsalat sahələrində, xidmət sektorunda və kuryer fəaliyyəti ilə məşğul olan şəxslər bu problemlə tez-tez üzləşirdilər. Hava şəraiti, bayram günləri və ya artan iş həcmi səbəbindən iş vaxtı uzadılsa da, əlavə əmək haqqı ödənilmirdi.
Yeni dəyişikliklər işçilərin bu kimi hallarda hüquqlarını daha effektiv şəkildə qorumağa imkan verəcək. Qanunvericiliyə saatlıq vəzifə maaşı anlayışının daxil edilməsi qeyri-iş günlərində, natamam iş vaxtında və "overtime" rejimində çalışan şəxslərin əməyinin daha dəqiq qiymətləndirilməsini təmin edəcək.
Dəyişikliklərə əsasən, bayram günlərində, istirahət günlərində və iş vaxtından artıq işləyən vətəndaşlara ödənilən əməkhaqqı ən azı ikiqat hesablanacaq. Bu, xüsusilə qeyri-iş günündə bütün günü deyil, yalnız bir neçə saat işləyən şəxslər üçün önəmli yenilikdir. Belə ki, artıq həmin saatlara uyğun əməkhaqqının hesablanması mümkün olacaq.
Məsələn, adi iş günündə 4 saatlıq işə görə 120 manat ödənilirsə (saatı 30 manat olmaqla), qeyri-iş günündə eyni müddət çalışan işçi minimum 240 manat əməkhaqqı alacaq.
Bu praktika dünyanın bir çox ölkələrində uzun müddətdir tətbiq olunur. ABŞ, Yaponiya, Cənubi Koreya və Kanadada bayram günlərində çalışanlara əməkhaqqı qat-qat tariflərlə ödənilir. Avropa ölkələrində isə fərqli mexanizmlər mövcuddur: bəzi ölkələrdə 1,5 və ya 1,75 əmsalı tətbiq olunur, Böyük Britaniyada isə işçilərə seçim imkanı verilir – ya artırılmış əməkhaqqı, ya da əlavə istirahət günü. Bir sıra ölkələrdə isə bayram günü çalışanlara sonradan əlavə istirahət verilir.
Qeyd edək ki, yeni qaydalar həm dövlət, həm də özəl sektor üçün keçərlidir. Bu dəyişikliklər əmək bazarında şəffaflığın artırılmasına, işçilərin sosial və maddi təminatının gücləndirilməsinə, eləcə də əməkhaqqı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 26 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi