Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib
Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6% çoxdur.
Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub.
2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı - AZAL 1,6 milyon, milli loukoster "Buta Airways" isə 443 min sərnişin daşıyıb.
Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines" (Türkiyə, 376 min sərnişin), "FlyDubai" (BƏƏ, 194 min sərnişin), "Aeroflot" (Rusiya, 151 min sərnişin), "AirArabia" (BƏƏ, 130 min sərnişin), "UIA" (Ukrayna, 97 min sərnişin), "Qatar Airways" (Qətər, 81 min sərnişin), "Lufthansa" (Almaniya, 53 min sərnişin) və "SCAT" (Qazaxıstan, 47 min sərnişin) daxil olub.
2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.
Hazırda altı xarici aşağıbüdcəli aviaşirkət – "WizzAir" (Budapeşt), "AirBaltic" (Riqa), "Pegasus" (İzmir), "flyNAS" (Ər-Riyad), "flyDubai" (Dubay) və "AirArabia" (Şarja) Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin, milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı