"Bu il bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri artıb, xarici borcu isə azalıb"

"Bu il bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri artıb, xarici borcu isə azalıb"Başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənib və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir.
Milli.Az Trend-ə istindən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
V.Qasımlı qeyd edib ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb: "Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi. Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman"ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açdı və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaratdı".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, bu ilin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir, fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib: "Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər. Cari il bank sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından da faydalı oldu. Ölkədə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejiminin yaradılması barədə qərar verildi. Belə ki, 2019-cu il 15 mart tarixində edilmiş dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla - "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edildi".
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 549   Tarix: 26 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Möminə xatun türbəsinin bərpasına 10 milyona yaxın pul ayrıldı

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Mömin

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

AccessBank pərakəndə kredit məhsullarını inkişaf etdirmək və müştərilərə daha geniş maliyyə imkanları təqdim etmək məqsədilə istehlak krediti üzrə şərtləri yeniləyib. Belə ki, Nağd Kredit məhsulu üzrə maksimum kredit məbləğ

"Azərsun Holdinq" 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur - Fotolar

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" uğurla davam edir. Artı

Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir

Elektrikli nəqliyyat vasitələri bazarının ən böyük arenası olan Çində ilin ilk iki ayı üzrə satış məlumatları maraqlı mənzərə ortaya qoyub. ABŞ-da yerləşən Tesla, ölkədə istehsal olunan elektrikli nəqliyyat vasitələrini

AccessBank tender elan edir

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, ManageEngine Endpoint Central tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. xəbər verir ki, tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığını

Bank of Baku-nun Gəncədə 2-ci filialı – "KOB Gəncə" fəaliyyətə başladı

Bank of Baku Gəncə şəhəri, eləcə də ətraf bölgələrdə yaşayan müştərilərinə daha əlçatan və keyfiyyətli xidmət üçün Gəncə şəhərində 2-ci – "KOB Gəncə" filialını istifadəyə verib. . Yeni fəaliyyətə başlayan "Gənc

Azərbaycanın ən çox bu ölkələrə neft ixrac edir - SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub. Bu barədə   Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanı

Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər

Hörmüz boğazı ətrafında yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Qlobal enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıqla


azerbaycan xeberleri yeni xeberler son xeberler en yeni xeberler son xeberler bugun 2026 muharibe xabarlar xeber az