Bu il III qrup üzrə imtahana coğrafiya fənni əlavə olunub? - Rəsmi cavab
Cari ildə III qrupa daxil olan ixtisaslar iki altqrupa ayrılıb.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 1-ci nömrəsində məlumat verilib.
Bildirilib ki, TC və DT altqruplarına. TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən də imtahan verəcəklər.
DT altqrupuna daxil edilən ixtisasların müsabiqəsində iştirak etmək istəyǝn abituriyentlər isə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənnindən imtahan verəcəklər.
Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verəcəklər.
Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var