Bu konvensiyanı tanımasaydılar, Türkiyə müdaxilə edəcəkdi
Türkiyə Qara dəniz boğazlarında gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi əməl edir və onun pozulmasının Qara dəniz hövzəsində təhlükəsizlik riskləri yarada biləcəyinə inanır.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç deyib.
"Montrö Konvensiyasının pozulması (Rusiya-Ukrayna müharibəsi başlayandan sonra) riskləri çox idi. Tərəflərdən biri Montrönü tanımadığını bəyan etsəydi, Türkiyə məcbur müdaxilə etməli olacaqdı. Biz ciddi riskə getmişik və apardığımız balanslaşdırılmış siyasət sayəsində indiki vəziyyətə gəlmişik", – Kılıç bildirib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti daha əvvəl də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qara dənizə bir dənə də hərbi gəmi buraxmadıqlarını bəyan etmişdi.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ