Bu kredit təşkilatları hesabat vermədi - Cəzalandırıldı
"Total Finans" və "Stimul" kredit ittifaqlarına icrası məcburi göstəriş verilib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, sözügedən kredit təşkilatları 2025-ci ilin III rübünə aid hesabatlarını təqdim etməyiblər:
"Mərkəzi Bank "Stimul" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2025-ci ilin III rübünə hesabatların təqdim edilməməsi ilə bağlı icrası məcburi göstəriş verib.
"Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilmədiyindən, "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndi rəhbər tutulmaqla, Mərkəzi Bank ittifaqdan hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edib".
Eyni qayda ilə "Total Finans Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinə də müvafiq göstəriş verilib.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür