Bu məhsullar qocalmanı sürətləndirir - SİYAHI

Bu məhsullar qocalmanı sürətləndirir - SİYAHIQocalmanı sürətləndirən məhsullar açıqlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, endokrinoloq-dietoloq Elvina Binatova vaxtından əvvəl qocalmağa səbəb olan məhsullardan danışıb.
Bu məhsullar qocalmanı sürətləndirir - SİYAHIO qeyd edib ki, insan orqanizminin qocalmasına səbəb olan bir neçə qrup qidalar var. Bunlara un məmulatları, şəkər və duzlu qidalar, təmizlənmiş dənli bitkilər və kolbasa daxildir.
"Un məmulatları qlükozaya çevrilir və dərinin vəziyyətinə mənfi təsir göstərir. Buna görə də, un məhsullarının müntəzəm istifadəsi (şəkər əlavə edilmiş və ya edilməmiş) vaxtından əvvəl qocalmağa səbəb olur", – həkim deyib.
E.Binatova qeyd edib ki, şirniyyatların həddindən artıq istehlakı orqanizmə mənfi təsir göstərir. Şirniyyatlar, istənilən qazlı içkilər və qablaşdırılmış şirələr dəriyə mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, bu məhsulları təbii şokoladla, içkiləri isə bitki çayları və meyvə suları ilə əvəz etmək olar.
"Duzlu qidalar erkən yaşlanmaya səbəb ola bilər. Buna görə də gündə 5 qramdan çox duz istehlak etmək tövsiyə edilmir", – deyə dietoloq bildirib.
O, həmçinin tərkibində duz və zərərli konservantların çox olması səbəbindən kolbasalardan imtina etməyi tövsiyə edir. Həkim deyir ki, qaynadılmış və ya bişmiş ətə üstünlük vermək daha məsləhətlidir.
Bundan əlavə, Binatova təmizlənmiş dənli bitkilərdən, məsələn, zərif düyüdən imtina etməyə çağırır.
Dietoloqun sözlərinə görə, emal zamanı bütün faydalı xüsusiyyətlərini itirən pasterizə olunmuş süd və süd məhsulları orqanizmə heç bir fayda vermir.
İqbal Rzayev,
KONKRET.az

Sağlamlıq       Tarix: 08 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az son xəbər xeber.az bu gun