"Bu mühüm məqam növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edir" - Fərid Şahbazlı

"Yeni Azərbaycan Partiyasından olan deputatların qarşıdan gələn parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini zəruri edən bir sıra mühüm məqamlar var. Noyabr ayında Azərbaycanda dünya miqyaslı möhtəşəm bir tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcək. Bu tədbirin və parlament seçkiləri kimi digər məsuliyyətli bir siyasi hadisənin eyni vaxta təsadüf etməsi bir sıra çətinliklər yarada bilər ki, bu da parlament seçkilərinin vaxtının bir qədər irəli çəkilməsini qaçılmaz edir".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi tarixi Qarabağ zəfəri Cənubi Qafqaz coğrafiyasında yeni siyasi reallıqlar yaratdığı kimi, Azərbaycan siyasi mühitinə də yeni nəfəs, yeni çağırışlar gətirib: "Bu gün Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinə adekvat olan, onu tamamlayan, beynəlxalq qurumlarda ölkəni layiqincə təmsil edə bilən millət vəkillərindən ibarət güclü və çevik bir parlament – qanunverici orqana ehtiyac var. Hazırda dünyada baş verən siyasi proseslər, ildırım sürətilə cərəyan edən hadisələr, eləcə də ölkəmizin regional və qlobal maraqları da bunu tələb edir.
Bu baxımdan COP29-un keçirildiyi günlərdə bütün ərazisi üzərində dövlət suverenliyini tam bərpa edən Azərbaycan Respublikasının yeni tərkib və ruhla fəaliyyət göstərən parlamentin olması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, məhz həmin parlamentdə işğaldan azad olunmuş bölgələrimizdən, orada real olaraq yaşayan insanlar tərəfindən seçilən millət vəkilləri təmsil olunacaqlar. Bu mühüm məqam növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini bir daha təsdiqləyir".
F.Şahbazlı bildirib ki, çevik və müasir beynəlxalq münasibətlər sistemində fəaliyyət göstərə bilən millət vəkillərindən formalaşacaq yeni ali qanunverici orqan həm də COP29-un ən mühüm tədbirlərindən biri olan Parlament Konfransının keyfiyyətli formada təşkili baxımından da çox əhəmiyyətlidir. O bildirib ki, bu konfrasın təşkili ilə bağlı Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb: "Bu iclasa hazırlıq məqsədi ilə Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalı və Parlament konfransının yekun sənədi hazırlanmalıdır. Bu isə olduqca uzun, çətin və məsuliyyətli prosesdir. Bu baxımından çevik və müasir çağırışlara cavab verəcək Milli Məclisinin yeni heyətinin COP29 sessiyasına qədər formalaşması ciddi əhəmiyyət kəsb edir". / azxeber.com

Siyasi       Tarix: 22 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər sou biznes beynelxalq bank mezenne xeberler bugun