Bu ölkədə 16 yaşlılar da səs verə bilər
Yeni Zelandiya höküməti milli seçki qanunvericiliyinə 16 yaşına çatmış vətəndaşların səsverməsinə icazə verən düzəlişləri parlamentin müzakirəsinə təqdim etmək niyyətindədir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern bildirib.
Onun sözlərinə görə, seçicilərin yaşının məhdudlaşdırılması insan hüquqları qanununun tələblərinə ziddir və ona yenidən baxılmalıdır:
"Bu təkcə hökumətin deyil, bütövlükdə parlamentin də baxmalı olduğu məsələdir".
O qeyd edib ki, düzəlişlərin təsdiqi üçün deputatların ən azı dörddə üçünün (120-dən 90-ı) razılığı lazımdır.
Baş nazir bildirib ki, parlament qanunvericiliyə dəyişiklikləri qəbul etsə belə, bu 2026-cı ildə qüvvəyə minəcək.
Qeyd edək ki, Yeni Zelandiyanın Ali Məhkəməsi "Make It 16" qeyri-hökumət təşkilatının səsvermə yaşının 18-dən 16-ya endirilməsi ilə bağlı şikayətini təmin edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü