Bu ölkədən Bakıya qayıtmaq istəyənlərin nəzərinə: Cəmi 60 yer...
Bu ölkədən Bakıya qayıtmaq istəyənlərin nəzərinə: Cəmi 60 yer...
Yaxın günlərdə LOT Polşa Hava Yolları tərəfindən Varşava-Bakı istiqaməti üzrə reysin təşkili nəzərdə tutulub.
Bu barədə Azərbaycanın Polşadakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Bildirilib ki, reysin təşkili tamamilə LOT Polşa Hava Yolları tərəfindən və ödənişli əsaslarla həyata keçiriləcək:
"Azərbaycana getmək istəyən ölkə vətəndaşlarının siyahısı səfirlik tərəfindən LOT Polşa Hava Yollarına təqdim ediləcək və bundan sonra bütün məlumatlar şirkət tərəfindən Azərbaycan vətəndaşlarına birbaşa təqdim ediləcək (rezervasiya detalları, bilet qiyməti, ödəniş yolları və s.).
Azərbaycan Respublikası vətəndaşlarının siyahısının tərtib edilməsi üçün ad və soyad (pasportda olduğu kimi ingilis dilində), mobil nömrə və e-mail ünvanının çox təcili, 25 mart 2020-ci il gündüz saat 12:00-dək səfirliyin elektron poçt ünvanına göndərilməsi rica edilir ([email protected]).
Reysə cəmi 60 nəfər Azərbaycan vətəndaşı götürülə bilər. Onu da qeyd etməliyik ki, üstünlük azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara veriləcək.
Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gələn vətəndaşlar Azərbaycanda təyyarədən düşərkən tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 gün müddətində xüsusi karantin rejimində yerləşdirilirlər. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var