"Bu proqram Azərbaycanda kredit qabiliyyətliliyinin inkişafına təkan verəcək"

"Bu proqram Azərbaycanda kredit qabiliyyətliliyinin inkişafına təkan verəcək""İyunun 1-də videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Maliyyə Naziri Samir Şərifov, Asiya İnkişaf Bankının prezidenti və digər rəhbər nümayəndələri iştirak edirdi. Burada bu günə qədər görülən əməkdaşlıqlar, bu günə qədər görülən işlər və bundan sonra görüləcək və əsas prioritet hesab olunacaq sahələr barəsində müzakirlər oldu".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.
"Bu proqram Azərbaycanda kredit qabiliyyətliliyinin inkişafına təkan verəcək"O, Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə son görüşünü ölkədə bir neçə prioritet sahələrin inkişafı yönündə atılan önəmli addım kimi dəyərləndirib:
"Statistik məlumatlara görə, bu günə qədər Asiya İnkişaf Bankı ümumi hardasa 3 milyarddan çox kredit ayırıb. Bu kredit üzərindən tikinti, yol tikintisi, dəmir yolu tikintisi, elektrik enerjisi, maliyyə sektoruna yarılan investisiyalardır, su və kanalizasiya xətlərinin infrastruktur layihələrinin dəyişikliyi ilə bağlı olan layihələr həyata keçirilib. Təbii ki, bundan sonra nəzərdə tutulan bir neçə prioritet sahələr var ki, bu prioritet sahələr üzərində işləmək daha məqsədə uyğun və məqsədyönlü hesab olunur. Asiya İnkişaf Bankı ilə Azərbaycan dövləti arasında əsas 3 illik və 4 illik strategiyanın müəyyənləşdirilməsi planlaşdırılır:
İlk növbədə nəzərdə tutulmuş prioritet sahə peşə təhsili sahəsidir. Hansı ki, Azərbaycanda peşə təhsilinin inkişafı, peşə təhsilinin qurulması və eyni zamanda peşə təhsilinin davamlı şəkildə prioritet olaraq inkişafı ilə bağlı olan layihələrdir.
İkinci suvarma layihələridir ki, bu layihələr drenaj sistemlərinin qurulması ilə bağlı olan layihələrdir. Bu ilin təkcə elə yanvarında Asiya İnkişaf Bankı Azərbaycanda tək suvarma layihələrinə ortalama 1,2 milyon dollar investisiya ayırıb. 
Üçüncü isə daha çox planlaşdırılan maliyyə sektorudur ki, hansı ki, burada özəl və dövlət bankları vasitəsi ilə kiçik maliyyə sektorunda, eyni zamanda maliyyə sektorunda fəaliyyət göstərən qurumlar vasitəsilə kiçik və orta biznesin inkişafının aparılmasıdır. Burada əsas məqsəd özəl müəssisələrlə dövlət arasında bir bağlılığın və eyni zamanda tərəfdaşlığın təşviq edilməsi və bu təşviqat üzərindən aparılacaq layihələrin daha dolğun şəkildə keçirilməsidir. 
Prezident İlham Əliyev bu görüş zamanı vurğuladı ki, gələcək üçün nəzərdə tutulması gərəkən və önəmli əməkdaşlığa əsas olacaq layihələrdən biri də alternativ enerji mənbələri ilə bağlı olan, onların tikintisi, onların istifadəsi, enerji miqdarının artırılması, eyni zamanda dəmir yolu xətlərinin tikintisi ilə bağlı olan layihələrdir. Birbaşa olaraq hətta Asiya İnkişaf Bankının rəhbəri də bunu təsdiqlədi ki, yəni, bu layihələr bizim də marağımızda olan layihələrdir".
İqtisadçı-ekspert Asiya İnkişaf Bankı ilə bu əməkdaşlığı gələcəkdə görüləcək böyük işlər üçün əsas fundament, bünövrə hesab edib:
"İqtisadiyyatın diversifikasiyası üzərindən qeyri-neft sektoru sahəsində aparılan işlərin, eyni zamanda veriləcək qərarların, iqtisadiyyatımızın diversifikasiyası və əsas rol oynayan müxtəlif geniş sahələrin təşviq olunması, onların inkişafının təşviq olunması ilə bağlı qarşılıqlı bir anlaşma oldu. Bu, gələcəkdə görüləcək böyük işlər üçün əsas fundament, bünövrə sayılır. Bu baxımdan Asiya İnkişaf Bankının "Dayanıqlı inkişaflılıq" proqramına əsasən bu proqram çərçivəsində xüsusən də Azərbaycanda kredit qabiliyyətliliyinin, eyni zamanda müəsissələrin kredit qabiliyyətliliyinin artırılmasına, orta biznesin inkişafına, istehsalın inkişafına təkan vermiş olacaq. Ümumilikdə əsas məqsəd burada nədir?! Xarici borcun ümumdaxili məhsula olan nisbətinin azalma dərəcəsini göz önündə tutmaqdır. Bu da bizim dövlətimizin ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlər, müxtəlif sektorlar üzrə fəaliyyət göstərən yerli müəssisələr üçün də əslində bir təşviqat layihələridir. Bu layhələr, bu əməkdaşlıq, bu investisiyalar üzərindən ölkə daxilində qeyri-neft sektoru üstündə aparılan işlərin, eyni zamanda verilən qərarların strategiyasının daha da gücləndirlməsinə səbəb olacaq".
Təhməz Təkin
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe