Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq

Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıqAzərbaycan Mərkəzi Bankı hansı pulların yararsız hesab olunduğuna aydınlıq gətirib.
azxeber.com xəbər verri ki, Yeni Sabah-ın sorğusuna cavab olaraq qurumdan Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na əsasən, üzərində kəsik, çatışmayan hissə, gözə çarpan yazı və ya ləkə olan, ciddi çirklənmiş, rəngi solmuş, yapışqan lentlə və ya digər vasitələrlə birləşdirilmiş əskinaslar tədavülə yararsız hesab olunduğu bildirilib.
Qeyd olunub ki, "Mərkəzi Bank haqqında" qanunun 40-cı maddəsinə əsasən, səthinin ən azı 60 faizi qalan və seriya nömrələrindən biri və ya hər ikisi tam saxlanılan kağız pul nişanlarının nominal dəyəri ödənilir.
Məlumata görə, metal pul nişanları üzrə isə üzərindəki yazı və təsvirlər nominalı müəyyən etməyə imkan verirsə və deformasiya olmayıbsa, onların da dəyəri qaytarılır:
"Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən pul nişanları isə ödəmə qabiliyyətini itirmiş hesab edilir və onların nominal dəyəri ödənilmir".
Mərkəzi Bankdan həmçinin qeyd edilib ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməlidir:
"Lakin üzərində yararsızlıq əlamətləri olan əskinaslar tədavülə yararsız sayıldığı üçün ödənişlərdə qəbul edilməyə bilər.Vətəndaşlar yararsız hala düşmüş milli pul nişanlarını dəyişdirmək üçün "ABB" ASC və "Kapital Bank" ASC-nin filiallarına, Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər".
Qeyd edək ki, Mərkəzi Bankın ərazi idarələri və operator banklarda pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə bu xidməti öz daxili qaydalarına uyğun olaraq ödənişli və ya ödənişsiz təqdim edə bilər.

İqtisadiyyat       Tarix: 22 may 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az