"Bu, Putinin müharibəsidir və yalnız o cavabdehdir" deyərək rusları müdafiə edən Şolza kəskin CAVAB - ÖZƏL
Ukraynanın Prezident Administrasiyası Rusiya vətəndaşlarının xaricdə təqib edilməsinə qarşı çıxan Almaniya kansleri Olaf Şolzun bəyanatına reaksiya verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak belə bir bəyanatın yanlış olduğunu deyib:
"Kansler Şolz öz qərarsızlığına haqq qazandırmağa çalışaraq, müharibənin müəllifi Putinlə sadə rusları ayırmağı təklif edir. Avropada bu, yanlış tendensiyaya çevrilə bilər. Çünki rəsmi olaraq rusların 71 faizi bizim xalqımıza qarşı müharibəni və qırğınları qəti şəkildə dəstəkləyir", – Podolyak vurğulayıb.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz xaricdə təqib olunduğu iddia edilən Rusiya vətəndaşlarının müdafiəsinə qalxıb. O, rusların xaricdə təqib edilməsindən narazı olduğunu bildirib.
"Rusiyadan olan insanların təhqir edilməsi, adlarının çəkilməsi və ya fiziki hücumlara məruz qalması qətiyyən yolverilməzdir. Çünki bu, Putinin müharibəsidir. Bunun üçün yalnız o, cavabdehdir", – Şolz vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti