Bu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏR

Bu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏRBu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏR
Yeni ili evindən kənarda qarşılamaq istəyənlər artıq qış turizmi üçün səciyyəvi ola biləcək obyektlərin siyahısını tutmağa başlayıblar. 2022-ci ili xarici ölkədə qarşılamaq istəyənlərin böyük qismi çox güman ki, artıq seçimlərini ediblər. Ölkədaxilində yer dəyişikliyi etmək istəyənlər isə yollarını ənənəvi qış turizmi kurortlarından və ya bu obyektlərə yaxın ərazilərdən sala bilərlər. Sözsüz ki, pandemiyanın səngiməsi və vaksinasiya ilə bağlı ölkəmizə səfər edənlərin sayı artıb, lakin ölkədaxili turizm obyektləri bu il də daha çox yerli turistlərə cəlbedici görünməkdə maraqlı olacaqlar. 
"Qarşıdan gələn mövsümdə harada dincəlmək olar?", "qiymətlərdə dəyişiklik olacaq?", "kampaniyalar mövcuddurmu?" - kimi suallara cavab tapmaq üçün qış turizmi istirahət komplekslərindəki yeniliklər, həmçinin bu obyektlərə yaxın qonaq evlərindəki qiymətləri araşdırdıq.
Dövlət Turizm Agentliyi nəzdindəki Turizm Bürosunun departament direktoru İlkin Cavadov bu il qış turizmi ilə bağlı yeniliklərdən Oxu.Az-a danışıb.  
O bildirib ki, bu qışa qədər "Şahdağ" və "Tufandağ" qış-yay turizm istirahət komplekslərinin xizək kurortları var idisə, bu ildən etibarən isə Naxçıvan Muxtar Respublikasının ərazisində Ağbulaq kənd turizm-istirahət bölgəsində xizək kurortu da fəaliyyətə başlayacaq:
"Bu ilin qış mövsümündə, dekabr ayının ortalarından etibarən Ağbulaq kənd turizm-istirahət bölgəsində xizək kurortu fəaliyyətə başlayacaq. Beləliklə ölkə ərazisində üç xizək kurortu mövcud olacaq. Bu il həm "Şahdağ", həm də "Tufandağ" qış-yay turizm istirahət komplekslərində bir sıra yeniliklər olacaq. Şahdağda xizək sürməyənlər üçün amerikansayağı dağ çarxları fəaliyyət göstərəcək. 2590 metr uzunluğundakı "roller coaster" Qafqazın ən böyük dağ çarxı olacaq. Bu ekstremal əyləncə növü xizək sürməyənlər üçün həm alternativ, həm də maraqlı fəaliyyət olacaq.
Bu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏR"Şahdağ" turizm kompleksindən üç kilometr aralıda Qusar rayonunun inzibatı ərazisində yerləşən Aladaş kəndində aparılan abadlıq işləri nəticəsində kəndin hasarları, evlərin damları yenilənib, sakinlərin yaşayış səviyyəsi daha da yaxşılaşıb. Kəndin ərazisində bir neçə qonaq evi fəaliyyət göstərir. Bildiyiniz kimi "Şahdağ" turizm kompleksinin ərazisində 5 ulduzlu üç ədəd, 4 ulduzlu bir ədəd hotel fəaliyyət göstərir və qiymətlər də nisbətən bahadır. Yaxşı cəhət ondan ibarətdir ki, indi ətrafda alternativ yerləşmə vasitələri mövcuddur və qonaqlar öz qazanclarına uyğun, sərf etmək istədikləri məbləğdə yerləşmə vasitələrini tapa bilərlər.
Maraqlı yeniliklərdən biri də Tufandağda olacaq. Bu mövsüm üçün ölkədə ilk dəfə dağ uçurumu kənarında yelləncəklər yerləşdiriləcək. Bu da xizək sürməyənlər üçün alternativ, maraqlı bir fəaliyyət növü ola bilər".
Bu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏRQış turizmi üçün səciyyəvi olacaq bütün bu yeniliklərin qiymətlərə təsirinin hansı dərəcədə olacağından da danışan Turizm Bürosu rəsmisi kurortlarla danışıqların aparıldığını və ötən illə müqayisədə qiymətlərdə heç bir dəyişikliyin olmayacağını qeyd edib:
"Pandemiyadan irəli gələrək yerli turizm obyektləri daha çox ölkədaxili qonaqların cəlbinə maraqlıdırlar. Apardığımız danışıqlar nəticəsində bu il qiymətlərdə artım olmayacağı ilə bağlı məlumat almışıq".
Hazırda qonaq evlərinin trendə çevrildiyini vurğulayan İlkin Cavadov bir çox yerlərdə onların sayının artdığını deyir:
"Kənd evlərinə tələbat daha çoxdur. İnsanlar artıq 4-5 ulduzlu hoteldə qalaraq ərazidən zövq ala bilmir, daha çox yerli əhalinin yaşadığı şəraitlə, onların xüsusi qida rasionu ilə tanış olmaq istəyirlər. Bu cəhətdən qış aylarında Quba, Qəbələ və İsmayıllıda qış turizmi üçün səciyyəvi ola biləcək qonaq evlərini misal çəkə bilərik. Quba rayonunda yüksək dağlarda kəndlər var. Məsələn, Qrız, Xınalıq kəndində maraqlı gəzməli yerlər var. Qrız kəndində qış aylarında buzlayan şəlalə mövcuddur. Hansı ki, bura sırf haykinq marşrutları gedir. Eyni zamanda, Xınalıq da multikulturalistik bir məkandır. İsmayıllı rayonunda isə Basqal kəndi, Lahıc qəsəbəsini xüsusilə vurğulaya bilərik. Həmçinin, Qəbələdə də qış turizmi üçün dəyərləndirə biləcəyimiz kənd evləri icarəyə verilir".
Bu qış adrenalin dolu əyləncələr artır: Yeni il öncəsi istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏROnun sözlərinə görə, qarşıdan gələn yeni il üçün artıq kampaniyalar hazırlanıb və kifayət qədər təkliflər var:
"Keçən ilin ortalarından "macerayaxindadir.az" fəaliyyətdədir. Yəni, ölkə üzrə turizm obyektlərindəki təklifləri vahid məkandan görə bilərsiniz. Dekabr-yanvar ayları ilə bağlı yeniliklərin də sayta yerləşdirilməsi nəzərdə tutulur".
Qış turizmi üçün səciyyəvi olacaq bağ evlərinin icarə qiymətləri ilə bağlı elanlara nəzər saldıq. Ödəniş əksər hallarda günlük qiymətlərlə müəyyən edilib. Elanların qiymətində yay ayları ilə müqayisədə artım müşahidə etmək olar. Ən aşağı icarə haqqı 40 manatdan başlayır. Təbii ki, mövsümlük olmaq üzrə də təkliflər mövcuddur. Ödənişin həcminə bağ evinin yerləşdiyi region, evin sahəsi, onun imkanları və təmiri də daxildir.
Misal olaraq, Qubada qonaqlama evlərinin bir günlük icarəsi 40 manatdan, İsmayıllı, Qəbələ və Qusarda 50 manatdan başlayır. Qubada qiymətlər 250 manata, Qəbələdə 350 manata, İsmayıllıda 200 manata, Qusarda 160 manata qədər artır. 
Nigar Məmmədova

Turizm       Tarix: 25 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari