"Bu, Rusiyanın da maraqlarına cavab verir" - AÇIQLAMA

"Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRICS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar".
KONKRET.az xəbər verir ki, BRICS-in zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək.
Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb. Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyirlər. Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRICS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır.
Sankt-Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çinin xarici işlər naziri Vanq Yi Hindistanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamlı vacibliyi vurğulanıb. Tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər. Hindistan və Çin Xarici İşlər Nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaqlar.
"Atlas" Araşdırmalar Mərkəzi vurğulayır ki, Çin-Hindistan münasibətlərinin normallaşması Asiya bölgəsi üçün də vacibdir. Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir. Digər tərəfdən Çin və Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Bu, Rusiyanın da maraqlarına cavab verir. Əks halda üzv dövlətlər arasında gərginlik BRCIS və Şanxay Əməkdaşlıq Təşkilatını içəridən zəiflədə bilər. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır.
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 14 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bugun krimnal bugun xeberler