Bu şəxslərə şad xəbər: Dövlət xərcləri qarşılayacaq — VİDEO

Bu şəxslərə şad xəbər: Dövlət xərcləri qarşılayacaq — VİDEOAzərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma-şaxtavurmadan sığortası başlayıb.
KONKRET.az xəbər verir ki, Aqrar Sığorta Fondundan verilən məlumata görə, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi artıq donvurma riskini də əhatə edir.
Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli müvafiq qərarları ilə aqrar sığortanın təminat verdiyi risklərin siyahısı bir qədər də genişləndirilib və buraya şaxtavurma riski də əlavə edilib.
«Aqrar sığorta ilə bağlı regionlarda keçirilən görüşlərdə fermerlərin qaldırdığı və ən çox ehtiyac duyulan sığorta risklərindən biri də donvurmadan sığorta idi. Bunu nəzərə alaraq təsərrüfatların effektiv qorunması məqsədilə aqrar sığortanın əhatə dairəsinə bu risk də əlavə edilib»-deyə Aqrar Sığorta Fondundan bildirilir.
Nəticədə fermerlər və əkinlə məşğul olan sahibkarlar meyvə bağlarını və əkinlərini donvurma riskindən güzəştli şərtlərlə sığorta edə bilərlər. Aqrar sığortanın bütün məhsullarında olduğu kimi, şaxtavurma (donvurma) sığortasında da sığorta haqqının yarısını fermerə dəstək məqsədilə dövlət ödəyir.
Şaxtavurma-donvurma – əkinçilikdə, xüsusilə də meyvəçilikdə təsərrüfatlara ən çox zərər vuran risklərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir.
Azərbaycanda şaxtavurma-donvurmadan sığorta, ayrıca sığorta riski kimi nəzərdə tutulub. Əkin sahəsini bu riskdən sığorta etmək istəyən fermerlər onu əlavə ödəniş etməklə, baza zərfinə əlavə olaraq ala bilərlər.
Donvurma riski üzrə alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, alça, albalı, çiyələk, zeytun, badam, qoz, fındıq, limon, naringi, portağal bağlarını sığortalamaq mümkündür.
Sığorta tarifləri regionlardan asılı olaraq dəyişir, istənilən halda sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Sosial       Tarix: 05 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri en son xeberler bu gune olan xeberler cəbhədən son məlumat