Bu şəxslərin pensiyası artırılacaq - DETALLAR

Bu şəxslərin pensiyası artırılacaq - DETALLARAzərbaycanda işləməyə davam edən pensiyaçıların pensiyalarının yenidən hesablanması prosesi avtomatik qaydada davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq 1300-dən çox şəxsin pensiyası 6 illik iş stajı əsasında artırılıb.
Bəs bu mexanizm hansı pensiyaçılara şamil olunur və pensiya məbləği hansı qaydada hesablanır?
KONKRET.az xəbər verir ki, iqtisadçı, deputat Vüqar Bayramov Globalinfo.az-a açıqlamasında işləyən pensiyaçıların pensiya məbləğinin hər altı ildən bir yenidən hesablanaraq artırıldığını bildirib:
"Bu zaman altı il ərzində toplanmış pensiya kapitalı hesablanır və onun qanunvericiliyə uyğun hissəsi 72-yə bölünərək alınan məbləğ mövcud pensiyaya əlavə edilir. Yəni vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, həmin müddətdə topladığı pensiya kapitalı hər altı ildən bir avtomatik şəkildə yenidən hesablanır və nəticədə pensiya məbləği artırılır. Bu baxımdan, 2020-ci ilin avqust ayında pensiya hüququ yaranmış və həmin vaxtdan işləməyə davam edən pensiyaçıların pensiya məbləğində növbəti ay artım olacaq. Çünki onların son altı ildə formalaşmış pensiya kapitalının qanunvericilikdə nəzərdə tutulan 90 faizi 72-yə bölünərək aylıq pensiyalarına əlavə ediləcək".
Deputat qeyd edib ki, bu proses tam proaktiv qaydada, vətəndaşın hər hansı müraciətinə ehtiyac olmadan elektron sistem üzərindən həyata keçirilir:
"Bu isə həm şəffaflığın, həm də səmərəliliyin artırılmasına xidmət edir. Nəticədə işləməyə davam edən və pensiya kapitalı toplayan vətəndaşların pensiya məbləğlərində növbəti artımlar baş verir".

Sosial       Tarix: 02 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

İşə başlamamış pul alacaqlar – Yeni qərar

Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər. yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyacların

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?

Gələn il aprelin 1-dən etibarən Azərbaycanda vətəndaşlar əməkhaqlarını istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Yeni qaydaya əsasən, maaş hesabının bir bankdan digərinə köçürülməsi üçün əlavə ödəniş tələ


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler