Bu xəstəlik Azərbaycanda çox yayılır - AÇIQLAMA

Bu xəstəlik Azərbaycanda çox yayılır - AÇIQLAMAÜmumdünya Səhiyyə Təşkilatı dünyada hər 30 saniyədə bir insanın hepatitdən öldüyünü açıqlayıb. Təşkilatın açıqlamasında xüsusi olaraq qeyd edilir ki, dünyada təxminən 325 milyon insanda Hepatit B və C infeksiyası var. Bu insanların əksəriyyəti üçünsə müalicə mümkün deyil. Hepatit B və C isə hər il 1,3 milyon insanı öldürür.
ÜST-nin araşdırmasına görə, peyvənd, diaqnostik testlər və dərman kampaniyaları həyata keçirilərsə, 2030-cu ilə qədər aşağı və orta gəlirli ölkələrdə təxminən 4,5 milyon vaxtından əvvəl ölümün qarşısı alına bilər.
Bütün üzv dövlətlər tərəfindən təsdiqlənən ÜST Qlobal Hepatit Strategiyası 2016-2030-cu illər arasında yeni infeksiyaları 90 % və ölümləri 65 % azaltmağı hədəfləyir.
2022-ci ilin sonunda, dünyada xroniki hepatit B infeksiyası ilə yaşayan insanların yalnız 13 %-nə diaqnoz qoyulub və təxminən 3 %-nə (7 milyon) antiviral terapiya verilib. Hepatit C üçün xəstələrin 36%-nə diaqnoz qoyulub, 20%-i (12,5 milyon nəfər) müalicə olunub.
Bu xəstəlik Azərbaycanda çox yayılır - AÇIQLAMAİnfeksionist Mərdan Əliyev KONKRET.az-a bildirib ki, hepatit qaraciyərdə bərkimə, sirroza səbəb olur, eləcə də xərçəngə gətirib çıxara bilir:
"Hepatit virus mənşəli xətlikdir. Hepotatrop viruslar vasitəsilə insanlar yoluxur. Gizlin müşayiət edilən bu xəstəlik orqanlardan yalnız qaraciyərə təsir edir, problemlər yaradır. Bu problemlər 5-15 il sonra (müddət hər kəsdə fərqli olur) qaraciyərdə bərkiməyə, sirroza, xərçəngə gətirib çıxara bilir. Xəstəlik çox hallarda simptomsuz inkişaf edir. İnsanlar əsasən təsadüfi müayinələr zamanı virusun olduğunu öyrənir. Əsas simptomlar qaraciyər bərkidikdə sirroz zamanı özünü büruzə verir. Sirrozdan öncə isə çox az hallarda iştahsızlıq, halsızlıq, çəki itirmə və s. kimi hallar özünü göstərə bilər".
Onun sözlərinə görə, hepatit virusu insan birbaşa və dolayı yolla keçə bilər:
"Hepatit B və D virusu qan təması yolu ilə birbaşa xəstə adamdan sağlam şəxsə ötürülə bilər. Qan vermə zamanı bu virusun sağlam şəxsə keçməsi daha yüksəkdir.  Xanımların etdiyi manikür, pedikür ilə virusa yoluxmaq dolayı yolla təmasdır. Başqa bir xəstə adamın qanı manikür və pedikür zamanı istifadə olunacaq alətə dəyib, lakin alət yaxşı dezinfeksiya edilməyibsə, yoluxma baş verə bilər".
İnfeksionist Azərbaycanda hepatitin daha çox Cənub zonasında və Bakıda yayıldığını söyləyib:
"Azərbaycanda hepatitə nə qədər insanın yoluxması ilə bağlı konkret statistika yoxdur. Ona görə də, bu barədə məlumat vermək bir az çətin olar. Lakin dünya ortalamasına Azərbaycan da daxildir. Azərbaycanda da bu virus çox yayılıb. Əsasən Cənub zonasında və Bakıda daha çox yayıldığını müşahidə edirik. Hepatit B və C ən çox yayılan xəstəliklər sırasındadır".
Onun sözlərinə görə, Azərbaycanda xəstəliyin daha çox yayılmasında diş həkimləri rol oynayır.
"Azərbaycanda diş həkimləri hepatitin yayılmasında rol oynayır. Onlar istifadə etdiyi alətləri dezinfeksiya etmədikdə xəstə orqanizmindən sağlam orqanizmə virus yoluxdura bilər. Bura həmçinin əməliyyatlar da daxildir. Düzgün dezinfeskiya işlərinin görülməməsi xəstəliyin əhatə dairəsini genişləndirməsinə gətirib çıxarır".
Mərdan Əliyev ailədə bir nəfərin hepatitə yoluxması ilə digər insanların yoluxa bilcəyi fikrinə də aydınlıq gətirib:
"Ailə daxilində yoluxma olmur. Yəni xəstə insanın qabında yemək yemək, stəkanından istifadə etmək, onu öpmək və onunla eyni dəsmaldan istifadə etmək yoluxmaya səbəb olmur".
Aygün Mirakif,
KONKRET.az

Sağlamlıq       Tarix: 29 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən canlı bu gunun xeberleri son xəbər zelzele