Gündə bir ədəd yeyin - İnfarkt və xərçəngdən qoruyur

Gündə bir ədəd yeyin - İnfarkt və xərçəngdən qoruyurMövsümi meyvələr arasında xüsusi yeri olan nar payızın ən bol və sevilən nemətlərindəndir. Qırmızı rəngi, turş-şirin dadı və zəngin tərkibi ilə həm süfrələrin bəzəyidir, həm də xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan "şəfa meyvəsi" kimi tanınan nar dadına və sağlamlığa verdiyi faydalarına görə dəyərləndirilir. Bəs bu meyvə kimlər üçün faydalıdır, kimlər isə onu ehtiyatla qəbul etməlidir?
KONKRET.az xəbər verir ki, yenisabah narın faydalarını, kimlərə şəfa gətirdiyini, kim üçün riskli olduğunu araşdırıb.
Nar qədimdən həm Şərq, həm də Qərb təbabətində özünə yer tapıb. Onun tərkibindəki C vitamini, kalium, dəmir, lif və antioksidantlar orqanizmi gücləndirir, immun sistemini möhkəmləndirir. Mütəxəssislər bildirirlər ki, narın tərkibindəki polifenollar və antosianinlər xərçəng hüceyrələrinin inkişafını ləngidə, damarları təmizləyə və ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Eyni zamanda, nar bağırsaq fəaliyyətini tənzimləyir, dərinin və saçın sağlam görünməsinə kömək edir.
Lakin bu meyvənin faydaları ilə yanaşı, bəzi hallarda ehtiyatla istifadə olunması tövsiyə edilir. Xüsusilə mədə xorasından, qastritdən və yüksək turşuluqdan əziyyət çəkən insanlara narın turş tərkibli şirəsini tez-tez qəbul etməmək məsləhət görülür. Nar təzyiqi bir qədər aşağı sala bildiyi üçün hipotoniya (aşağı təzyiq) problemi olan şəxslərə də çoxlu miqdarda istifadə etmək məsləhət deyil. Şəkərli diabet xəstələrinin nar şirəsini qəbul edərkən miqdara diqqət etməsi vacibdir, çünki təbii şəkər tərkibi qan şəkərinin səviyyəsini artıra bilər.
Dietoloqların fikrincə, narın ən faydalı forması təzə dənələridir. Gündə bir ədəd nar yemək orqanizmin vitamin balansını qorumağa və immuniteti gücləndirməyə kömək edir. Nar şirəsi isə təbii formada, şəkərsiz və az miqdarda qəbul edildikdə həm qanın keyfiyyətini yaxşılaşdırır, həm də orqanizmi zərərli maddələrdən təmizləyir. Lakin hər bir halda, bu meyvədən maksimum fayda əldə etmək üçün onu fərdi sağlamlıq vəziyyətinə uyğun şəkildə istehlak etmək vacibdir.
Hazırda narın əsl mövsümüdür. Bazar və marketlərdə narı müxtəlif qiymətlərə tapmaq mümkündür. Bazarda kiloqramı 1-1,50 manat olan bu meyvə marketlərdə 4-9 manata satılır. Hətta "super nar" sortu adı ilə 14 manata satılan narlar da var.

Sağlamlıq       Tarix: 09 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeberler bu qun son xeberler az siyaseti xeberler bugun