"Bu xəstəliklərdən gələcəkdə bioloji silah kimi istifadə oluna bilər" - Həkimdən AÇIQLAMA

İsraildə 12 uşaqda rast gəlinən və infeksiya səbəbi məlum olmayan hepatit virusunun aşkarlanması bütün dünyada ajiotaj yaradıb. "The Jaruselam Post" qəzeti yazır ki, Shaare Zedek Tibb Mərkəzi və İsrail Şnayder Uşaq Tibb Mərkəzində 12 uşaqda səbəbi bilinməyən hepatit virusunun olduğu qeyd edilib. Həmçinin, İngiltərədə bu ilin əvvəlindən bəri 74 uşaqda müşahidə edilən və yoluxma səbəbi məlum olmayan hepatit virusunun Avropa ölkələri və ABŞ-a da yayıldığı açıqlanıb. Eyni hepatit hadisələrinin Danimarka, İrlandiya, Hollandiya və İspaniyada bəzi uşaqlarda aşkar edildiyi bildirilib.
Eyni fikirlər xərçəng xəstəliyi haqda da irəli sürülür. İddialara görə, gələcəkdə xərçəng və hepatit xəstəliklərindən bioloji silah kimi istifadə olunacaq. Bunun isə koronavirusdan da təhülkəli olacağına dair məlumatlar yazılır.
Bəs görəsən, bu iddialar nə dərəcədə doğrudur? Koronavirusdan canımızı qurtarmamış xərçəng və hepatit bəlasına hazır olmalıyıqımı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-infeksionist Natiq Əliyev bildirib ki, hepatit virusları hava-damcı yolu ilə yoluxmur: "Bu viruslar qan köçürmə zamanı insana keçir. Həmçinin, sterilizasiya olunmamış avadanlıqlardan istifadə zamanı hepatit virusu orqanizmə keçə bilir. Ona görə də kosmetoloji mərkəzlərdə istifadə olunan əşyaların steril olmasına diqqət etmək lazımdır. Digər tərəfdən hepatit virusu doğuş zamanı anadan uşağa keçə bilir. Lakin bu xəstəliklərin hava yolu ilə yoluxması qeyri-mümkündür. Ona görə də yayılan informasiyalar həqiqəti əks etdirmir. Hepatit və xərçəng xəstəliklərindən bioloji silah kimi istifadə etmək heç bir məntiqə uyğun deyil".
Tibb üzrə ekspert, həkim-professor Adil Qeybulla bildirib ki, epidemiya təhlükəsi gözlənilmir: "Söhbət Hepatit viruslarından gedirsə burada yalnız Hepatit-A yoluxucu xəstəlik sayılır. Yəni hepatit-A infeksion xəstəlikdir. Lakin bu virusların insanlar arasında yayılması o qədər də asan deyil. Adətən bioloji silah kimi istifadə olunan mikro-orqanizmlər hava-damcı yolu ilə yayılanlardır. Cinsi əlaqə və qanla keçən mikro-orqanizmlərin epidemiya törətməsi real görünmür".
Həkimin sözlərinə görə, vəba, taun kimi xəstəliklərdən gələcəkdə bioloji silah kimi istifadə oluna bilər: "Xərçəng xəstəliyinə gəldikdə isə bu infeksion xəstəlik deyil. Onun da  insanlar arasında hansısa formada yayılması real görünmür. Sadəcə olaraq yediyimiz qidaların tərkibində müəyyən komponentlərin, konserogen maddələrdən perspektivdə zərər vermək üçün istifadə edilə bilər. Lakin yaxın gələcəkdə bu kimi xəstəliklərin yayılması təhlükəsi gözlənilmir. Ən əsas məqam xüsusi təhlükəli infeksiyalardır. Bunlara misal olaraq "vəba", "taun", "sarı qızdırıma", "sibir xorası", "çiçək"xəstəlikləridir. Onların yayılma riski çoxdur. Həmin xəstəliklərdən bioloji silah kimi istifadə oluna bilər. Biz bu cür məqamlara indidən hazır olmalıyıq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 21 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 xeberler az enson xeberler cəbhədən şad xəbər