Bu xəstəxanada qaydalar kobud şəkildə pozulur - VİDEO
Beyləqan rayon Mərkəzi Xəstəxanasından şikayətçi olan bir vətəndaş video çəkərək, "Xəzərxəbər"in qaynar xəttinə göndərib. Görüntülərdə bir qapı önünə toplaşan insan kütləsi lentə alınıb. Şikayətçi vətəndaş iddia edir ki, həmin insanların hamısı xəstədir və xəstəxananın direktorunun qəbuluna düşmək istəyirlər. Bu isə pandemiya qaydalarının kobud şəkildə pozulması deməkdir.
Azxeber.com xəbər verir ki, görüntülər Beyləqan Rayon Mərkəzi Xəstəxanasında lentə alınıb.
Videonu çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndərən vətəndaş iddia edir ki, bu insanların hamısı xəstəxananın direktoru- Nürəngiz Bəşirovanın qəbuluna düşməyə çalışır. Saatlarla, bəziləri günlərlə bu vəziyyətə dözmək məcburiyyətində qalır. Çünki hərəsinin bir dərdi var. Lakin bu cür sıxlıq pandemiya qaydalarının kobud şəkildə pozulması deməkdir.
Xəstəxananın direktorundan şikayətçi olan vətəndaş deyir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Dövlət tərəfindən verilən dərmanlar üçün müəyyən vaxtlarda xəstəxanaya üz tutur, hər dəfə də bu cür vəziyyət və əziyyətlə üzləşir.
Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasından Xəzər Xəbərə bildirdilər ki, müraciətlərin sayı çoxdur. Ona görə də vətəndaşların növbəli şəkildə qəbul edilməsi üçün sıra nömrəsi verilib. Hazırda proses polis əməkdaşlarının nəzarəti ilə davam edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR