Büdcə TƏHLİLİ: Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?

Büdcə TƏHLİLİ: Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?Büdcə TƏHLİLİ: Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?
Maliyyə Nazirliyinin iki gün öncə yaydığı məlumata görə, xam neftin bir barelinin ixrac qiyməti 2023-cü ildə 50 dollar təşkil edəcək. Bu isə büdcədə neftin qiymətinin 35 dollar aşağı salınması deməkdir. Ancaq buna rəğmən, növbəti ilin dövlət büdcəsinin ümumi daxilolmalarının 53 faizi neft sektorunun payına düşəcək. 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında bildirib ki, reallıqda neft sektorundan daxilolmalar daha çoxdur:
Büdcə TƏHLİLİ: Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?"Büdcədə göstərilən rəqəmlər real deyil. Sadəcə neftin 50 dollaradək azaldılması gələn il xammalda olan mümkün təhlükələrdən özünü sığortalamaq məqsədi güdür. Dünən neftin qiyməti 90 dollara endi və daha sonra 92 dollara qalxdı. Ancaq onu da bilmək lazımdır ki, gələn il cari ildəki qiymətlər olmayacaq. Çünki dünya iqtisadiyyatının tempinin aşağı düşmək təhlükəsi var. Həmçinin böyük istehlak bazarlarında enerjinin daha qənaətlə istehlak edilməsi məsələsi var. Ona görə də qiymətlərin enməsi proqnozlaşdırılır".
Ekspert qeyd edib ki, enerjinin qiymətinin cari ildə qalxmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir:
"Əgər müharibə sülh müqaviləsi imzalanmadan qəfil bitsə və atəşkəs elan olunsa, neftin qiyməti elə həmin an 15-20 dollar düşəcək. Bu baxımdan Azərbaycan hökuməti özünü sığortalayır. Əgər orta qiymət 70 dollar olsa, biləcək ki, büdcə gəlirləri kifayət qədər artır. Fyuçersdə neftin indi 90 dollara satılmasına baxmayaraq, elə bir şəxs yoxdur ki, oktyabrda neftin dəqiq qiymətinin necə olacağını desin. Çünki heç kəs deyə bilmir ki, sabah müharibə riski yoxdur. Bu hər an mümkündür".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsinin hazırkı vəziyyət üçün kifayət qədər ehtiyatlı yanaşma olduğunu deyib:
Büdcə TƏHLİLİ: Neftin qiyməti azalır, bəs əməkhaqqı və pensiya nə qədər ARTIR?"Onu doğru hesab edirəm. Çünki qarşıdakı müddətdə Rusiya-Ukrayna müharibəsinin bitəcəyi təqdirdə, müəyyən sanksiyalarda yumşalmalar olarsa və ya dünya iqtisadiyyatında geriləmələr baş verərsə, kəskin şəkildə neftin qiyməti düşə bilər. Yəni əgər büdcədə neftin qiyməti yuxarı götürülsə və qiymət birdən aşağı düşsə, büdcənin icrasında ciddi problemlər yaşanar. Amma 2023-cü ilin ortalarında neft qiymətləri yüksək olarsa, təbii ki, büdcəyə yenidən baxılaraq dəyişiklik edilə bilər və neftin qiyməti qaldırıla bilər. Azərbaycan iqtisadiyyatı ciddi şəkildə neft sektorundan asılıdır. Qeyri-neft sektorunda belə neft amilinin izi var. Belə ki, qeyri-neft sektorunda canlanma, iqtisadi aktivlik neftdən gələn gəlirlər hesabına mümkün olur".
Mütəxəssis diqqətə çatdırıb ki, büdcə layihəsində sıravi vətəndaşlar üçün maraqlı iki istiqaməti var. Bunlardan biri sosial ödənişlər, digəri isə əməyin ödənişidir:
"Çünki əməkhaqqı, pensiya kimi məsələlər burada öz əksini tapır. Əməyin ödənişi üzrə olan hissədə göstəricinin 2023-cü ildə 2022-ci il ilə müqayisədə 5,2 faiz artırılması proqnozlaşdırılır. Belə ki, 2022-ci ilin yekununda əməyin ödənişinə ayrılan vəsait 8 milyard manat olacağı halda, 2023-cü ildə 8,5 milyard manat təşkil edəcək. 
Sosial ödənişlər üçün isə 2023-cü ildə 4 milyard manatdan bir qədər çox məbləğ ayrılacaq. Ancaq bu ilin sonunadək məhz sosial ödənişlərə 3,8 milyard manat ayrılacaq. Bu da növbəti il üçün 6 faizədək artım deməkdir. Amma mən hər iki istiqamət üzrə artımı yetərli hesab etmirəm. Çünki bu rəqəmlər 2023-cü il üçün proqnozlaşdırılan inflyasiya göstəriciləri ilə uyğunlaşmalıdır. Məsələn, 2022-ci ildə inflyasiya yüksək olduğu üçün əməyin ödənişinə olan vəsait 2021-ci illə müqayisədə 23 faiz artırılıb. Yəni əməyin ödənişinə ayrılan vəsait inflyasiya həcmi ilə uyğunlaşdırılmalı, hətta inflyasiyadan artıq olmalıdır. Hazırkı vəziyyətdə 5,2 faiz artım çox azdır". 
E.Əmirov vurğulayıb ki, büdcə müzakirələri zamanı bu faktorlar nəzərə alınmalı və problem aradan qaldırılmalıdır:
"Əgər rəqəmlər ortada yaranacaq büdcə kəsirinin məbləğini böyütməmək üçün belə saxlanılırsa, növbəti ilin ortasında bu məbləği artırmağa ehtiyac yaranacaq.
Builki büdcənin əvvəlki iki illə müqayisədə ən böyük üstünlüyü odur ki, parametrləri daha tez elan edildi, hesabat verildi. Düşünürəm ki, həm ictimai müzakirə, həm digər dövlət orqanları ilə razılaşdırma aparmaq, rəy və təkliflər vermək üçün yaxşı bir qərardır. Müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün zaman olacaq. Sadəcə istərdim ki, dövlət büdcəsinin müzakirəsi formal xarakter daşımasın. Təkliflər dinlənilsin, məqbul bilinən təkliflər büdcədə öz əksini tapsın. Çünki əksər hallarda görürük ki, büdcə müzakirəyə çıxarılır, amma kiçik detallar istisna olmaqla dəyişiklik edilmir. Bəzi korrektələr aparılır, amma əsas xərc strukturları olduğu kimi saxlanılır. Bu, doğru yanaşma deyil, büdcə hərtərəfli təhlil olunmalıdır".
Sayad Həsənli

Maraqlı       Tarix: 18 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xankendi hava bu gunun xeberleri haqqinda melumat xeber.az