Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq

Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaqBuilki quraqlıq problemi Aran rayonlarında su ehtiyatının azalmasına, problemin bu bölgədə özünü daha çox büruzə verməsinə səbəb olacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, havanın quraq keçməsi rütubətin və su ehtiyatlarının azalmasına gətirib çıxarır.
M.Həsənov qeyd edib ki, Azərbaycandakı çayların əksəriyyəti xarici ölkələrdə formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Azərbaycana daxil olana qədər bu çayların suyundan istifadə edilir və su azalır. Yay aylarında isə ölkəmizə gələn suyun miqdarı daha da azalır. Su ehtiyatının azalması suya ehtiyacın daha çox olduğu dövrdə təsərrüfata, məişətə öz mənfi təsirini göstərir: "Əkinçilik təsərrüfatları əsasən Aran rayonlarındadır. Suya tələbat da ən çox bu rayonlarda olur. Dağlıq rayonlarda yağış suyu təsərrüfatların suya olan ehtiyacını təmin edir. Ona görə də əsas məsələ Aran rayonlarının su ilə təminatının yaxşılaşdırılmasıdır".
Qeyd edək ki, ölkə ərazisində avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Belə quraqlıq Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib.
Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən-bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm də Şimali Afrikada - Ərəbistan yarmadası üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün sonxabar az en sonxeber azerbaycan son xeber bugun