Buna meylim olsaydı, indiyə kimi adım qadınlarla çəkilərdi, amma şükür ki, kişilərlə hallanıb
"Tək sevdiyim insandan yox, dostlarımdan, əhatəmdən, iş yoldaşlarımdan da xəyanət görmüşəm. Xəyanətə artıq öyrəşmişəm".
azxeber.com olay-a istinadən yazır ki, bu sözləri Pərvin Abıyeva "Qırmızı" adlı yutub layihəsində qonaq olarkən deyib.
Məşhur aktrisa bəylər tərəfindən aldadıldığını, əksəriyyətinin yalan danışdığını bildirib:
"Bəzi kişilər qadını əldə edə bilməyəndə başqa yollara əl atır. Bilir ki, hər bir qadının zəif nöqtəsi ailə qurmaq, uşaq sahibi olmaqdır. Düşünür ki, bunu necə əldə edə bilərəm? Ən yaxşısı, həmin qadına evlilik təklif edib, əldə etməkdir. Hara qədər gedər-gedər. "Tutar qatıq, tutmaz ayran". O baxımdan aldanmışam".
P. Abıyeva deyib ki, ən böyük arzusu ana olmaqdır: "Həyatımda istədiyim bir tək şey var. Onu əldə etməmişəm, amma etmək istəyirəm. Ana olmaq istəyirəm. İnşallah".
Pərvin həmcinslərinə meyilli olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib:
"Allah məni o günə salmasın. Eynicinslərə qarşı heç zaman meylim olmayıb. Əhatəmdə elə insanlar olub. O onların düşüncəsi, seçimi, yaşayışıdır. Ümumiyyətlə insanları qınamağı sevmirəm. Əgər meylim olsaydı, indiyə kimi bir qız və ya qadınla adım birgə çıxardı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub. Şükür ki, əks cinsə meyilliyəm, bir qadına yox".
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA