Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
Burnunun ucundakı sızanaqla mübarizə 19 yaşlı qızda beyin xəstəliyi yaradıb.
"Daily Mail"in məlumatına görə, hadisə Çinin Çjetszyan əyalətində qeydə alınıb.
Sızanağı sıxdıqdan sonra qızın sağ göz nahiyəsi ağrımağa başlayıb. Bir neçə gündən sonra isə onun qızdırması qalxıb, gözü şişib.
Gənc qız kritik vəziyyətdə – 39 dərəcə temperatur və meningitin ilkin əlamətləri ilə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, onda göz yuvasının arxasındakı boşluqda kavernoz sinusun trombozu yaranıb.
İnfeksiya mənbəyi diş, qulaq, burun və ya sinus ola bilər. Ehtimal ki, sözügedən hadisə zamanı infeksiya sıxılmış sızanaq vasitəsi ilə daxil olub. Kavernoz sinus trombozu olan hər üçüncü xəstə ölür.
Qıza antibiotik kursu təyin olunub. Hazırda onun vəziyyəti stabildir, lakin müalicəsini xəstəxanada davam etdirir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb