"Buta Airways" aviaşirkəti əl yükünün daşınması qaydalarında dəyişiklik edir

"Buta Airways" aviaşirkəti əl yükünün daşınması qaydalarında dəyişiklik edir "Buta Airways" aviaşirkəti əl yükünün daşınması qaydalarında dəyişiklik edir
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways" şirkəti bu gündən əl yükünün daşınması qaydalarına dəyişiklik edib.
Yeni qaydalara əsasən, hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında "Buta Airways"in qeydiyyat masalarının yanında xüsusi "trafaret" – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.
Xatırladaq ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
Aviaşirkətin qaydalarına əsasən, əlavə olaraq hava gəmisinin salonunda aşağıdakı əşyaların daşınmasına icazə verilir:
• Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
• Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
• Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
• Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuq ağacları və ya əsa;
• Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
• Qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir.
Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə baqaja görə ödəniş 25 avro təşkil edir. Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl aviaşirkətin saytında və rəsmi satış kassalarında ödəniş edildikdə bu məbləğ 20 avro təşkil edir.
Minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.
"STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kiloqramdan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 santimetrdən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü ödəniş müqabilində təklif edilir.
"SUPER" tarifi ilə əldə edilmiş aviabiletlərə baqajın (23 kiloqramadək) və əl yükünün (10 kiloqramadək) ödənişsiz daşınması artıq daxil edilib.
Baqajın daşınması qaydalarının tam mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.  
"Buta Airways" 2016-cı il dekabr ayında təsis edilib. Onun ilk uçuşu 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilib. Aviaşirkətin donanması "Embraer" tipli müasir hava gəmilərindən ibarətdir.
Onun qərargahı Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. /oxu.az

Turizm       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler zelzele xeberler az kriminal xeberler