"Buta Airways" İstanbul və İzmir şəhərlərinə yerinə yetirilən reyslərin sayını artırır

"Buta Airways" İstanbul və İzmir şəhərlərinə yerinə yetirilən reyslərin sayını artırır"Buta Airways" İstanbul və İzmir şəhərlərinə yerinə yetirilən reyslərin sayını artırır
Aprel ayından etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır. 
Bu barədə "Buta Airways" məlumat yayıb.
Aşağıbüdcəli aviaşirkətin Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq. Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.
Reyslər "Buta Airways" tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında ("Super" və "Standart" tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.
Bakı-İstanbul və ya Bakı-İzmir istiqaməti üzrə reyslərin sərnişinləri:
  - Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
 - Koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir:
İstanbul-Bakı və ya İzmir-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:
- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
- Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq).
Türkiyədən uçuş zamanı "Memorial Sağlık Grubu"nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür:
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakıdan İzmir şəhərinə, 18 mart tarixindən isə İstanbul şəhərinə reyslər həyata keçirir.
Həmçinin qeyd etməliyik ki, Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış "Şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokol"a əsasən 2021-ci ilin 1 aprel tarixindən etibarən iki ölkənin vətəndaşları sadəcə olaraq yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa uçuşlar yerinə yetirə bilərlər. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Bütün istiqamətlər üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Xəbər və yenilikləri "Buta Airways" aviaşirkətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində öyrənə bilərsiniz:
•  facebook.com/ButaAirways
•  instagram.com/ButaAirways
•  twitter.com/ButaAirways
•  vk.com/ButaAirwaysru
•  t.me/Buta_Airways
"Buta Airways" – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilmişdir. İlk reys 1 sentyabr 2017-ci il tarixində həyata keçirilmişdir. Aviaşirkətin donanması "Embraer" tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. /oxu.az

Turizm       Tarix: 30 mart 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 ensonxeberler cəbhədən son durum